15 C
Baku
Tuesday, April 16, 2024

Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Aparıcı mütəxəssis – Express Bank ASC

“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.

İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət  Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.

Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Aparıcı mütəxəssis

Tələblər:

– Ali iqtisadi təhsil;
– Mükəmməl mühasibatlıq biliyi;
– Analoji sahədə 1 il iş təcrübəsi;
– AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
– Mükəmməl Microsoft Office (Excell-yüksək səviyyədə) proqramların biliyi;
– ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
– Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı.

Vəzifə öhdəlikləri:

– Nəzarət edici orqanlara (Mərkəzi Bank, ADİF və s.) hesabatların hazırlanması;
– Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanması;
– Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
– Kütləvi informasiya vasitələrinə açıqlanmaq üçün hesabatların hazırlanması;
– Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün şöbə müdirinə təkliflərin verilməsi;
– Maliyyə üçotunda baş vermiş səhvlər barədə şöbə müdirinin xəbərdar edilməsi;
– Digər struktur bölmələrinin şöbəyə ünvanlanan sorğuların cavablandırılması.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər