16 C
Baku
Friday, April 26, 2024

Maliyyə İdarəsinin Mühasibat şöbəsinin mühasib-mütəxəssisi – Xalq Bank

Vəzifə:  Maliyyə İdarəsinin Mühasibat şöbəsinin mühasib-mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali magistr təhsili (maliyyə və ya iqtisadi arzuolunandır);
• Mühasibat uçotu sahəsində təcrübə və biliklər;
• 1C 8.3 versiyasının istifadəçisi;
• MS Office proqramlarından istifadə etmək bacarığı;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi və ACCA olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

• 1C 8.3 versiyasında əsas vəsaitlərin və qeyri-maddi aktivlərin maliyyə və vergi uçotu üzrə aşağıdakı əməliyyatlarının aparılması;
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə mədaxil/məxaric əməliyyatlarının uçotu;
• Əsas vəsaitlər üzrə təmir, saxlama və istismar xərclərinin uçotu;
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə amortizasiyasının və vergilərin hesablanması (əmlak vergisi, torpaq vergisi);
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə hesabatların (daxili, vergi və statistika) hazırlanması;
• İnventar, azqiymətli və tezköhnələn əşyaların uçotu.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:   [email protected] 
Telefon:   (012) 404 43 39
Faks:       (012) 404 43 34

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər