19 C
Baku
Thursday, April 25, 2024

Maliyyə müsahibəsi hazırlıq

Konservativ geyim maliyyə müsahibəsinə daha çox uyğundur.

Bank, investisiya firması və korporasiyalarda maliyyə vəzifəsi üçün müsahibədə dəqiqlik, natiqlik bacarığı və cəld fikirləşmək qabiliyyəti tələb olunur. Maliyyə vəzifələri üçün yüksək etibar və inam zəruridir, ona görə də bir qayda olaraq daha az məsuliyyətli vəzifə üçün keçirilən müsahibələrə nisbətən bu daha gərgin keçir.

Müsahibəyə tez gəlmək kimi bir sıra baza müsahibə hazırlıqları da çox vacibdir, lakin müsahibə götürənlərə daha yaxşı təsir bağışlamağın yollarını bilməklə siz rəqiblərinizdən bir addım öndə ola və maliyyə vəzifəsini əldə edə bilərsiniz.

Təlimatlar

1. Şirkəti araşdırın. Şirkətin veb-saytlarını, maliyyə hesabatlarını və onun haqqında çıxmış yeni xəbərləri təhlil edin. Siz şirkətin bu yaxınlardakı uğur və fəaliyyətini əhatə edən sektordakı mövqeyini də yaxşı bilməlisiniz. Illik hesabatın xüsusi sayları və nüanslarını müzakirə etməyə hazır olun!

2. Qəzetləri oxuyun və bazarda baş verən hadisələrdən məlumatlı olun. Ola bilər ki, sizdən səhm bazarında olan tendesiyalar, cari biznes və siyasi xəbərlərlə bağlı suallar soruşsunlar. Cari hadisə və bazarla bağlı biliklərinizin nümayiş etdirilməsi ilə siz peşəkarlığınızı və müəssisənin fəaliyyətinə təsir edə biləcək biznes və maliyyə trendlərinin diqqətdə saxlanılması bacarığınızı ön plana çəkmiş olacaqsınız.

3. Özünüz haqqında danışın. Öz iş yerləriniz, təhsil nailiyyətləriniz haqqında məlumat verin. İmkanlarınızın biznesə necə birbaşa kömək edəcəyini nümayiş etdirməyə çalışın. Müəssisə və təşkilatın inkişafı, genişləndirilməsi və ya gücləndirilməsi ilə bağlı əsas statistik məlumatlar təqdim edin.

4Vəzifəyə uyğun geyinin. Maliyyə bir qayda olaraq, daha konservativ mövqedir, ona görə də sizin geyiminiz işə qarşı dəqiq və professional yanaşmanı əks etdirməlidir. Kostyum, yaxşıca parıldadılmış ayaqqabı, ciddi saç düzümü və minimal aksesuardan istifadə edin. Şıq geyinmək adi geyinməkdən daha yaxşıdır.

5. Maliyyə və mühasibatın əsaslarını nəzərdən keçirin. Iş və ümumi sektorla əlaqədar olan standart maliyyə düsturlarını öyrənin. Sizə investisiya hesablamaları, mühasibat terminalogiyası və ya ictimai maliyyə idarəetməsi tələbləri barəsində suallar da verilə bilər.

6Özünüzə güvənin. Sizə cavab verilməsi çətin olan məntiqi sual və testlər də verilə bilər. Bəzi hallarda, verilən sualın düzgün cavabı verilməyə də bilər.

Müsahibə götürən sizin tez fikirləşmək qabiliyyətinizi ölçməyə çalışacaq. Duruxa-duruxa cavab verməkdənsə, əgər vacibdirsə cavab üzərində fikirləşmək üçün bir neçə saniyə istəyin. Üzərində fikirləşərək inamla cavab vermək daha düzgün yanaşmadır.

7. Etibarlı məsləhətçilər təqdim edin. Sizi tövsiyə görən insanlar sizin sadiqliyiniz, etibarlı olmağınız və yeni şirkətə fayda gətirəcəyiniz barədə danışmağa istəkli olmalıdır. Onları maliyyə və səlahiyyətli mövqe sahibləri arasından seçin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər