23 C
Baku
Saturday, April 20, 2024

Maliyyə Nəzarəti Departamenti Uçot şöbəsi üçün təcrübəçiləri seçim prosesinə dəvət edir

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə: 

  • Gündəlik balans və banalsdankənar hesabların balansına çıxılması;
  • İpoteka fondu ilə hesablaşmaların xidməti tapşırıq əsasında həyata keçirilməsi;
  • Təqdim edilmiş sənədlər əsasında yanacaq kartlarının doldurulması;
  • Vergi sərəncamlarının icrası. 

Namizədə qarşı tələblər: 

  • Ali təhsili yeni bitirmiş və ya son kurs tələbəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
  • Dil biliyi (Ingilis dili – yüksək səviyyədə, Rus dili biliyi üstünlük təşkil edir);
  • Analitik düşünmə qabiliyyətli;
  • Zəhmətsevərlik, yaradıcılıq;
  • Yalnız öyrənmək məqsədi olan, digər gözləntisi olmayan şəxslər;
  • Ən azı 3 ay müddətə (və ya daha uzun müddətə təcrübəçi kimi) çalışmaq imkanı olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 oktyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Uçot şöbəsi üçün təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, təcrübəyə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər