8 C
Baku
Friday, March 29, 2024

Maliyyə naziri 2018-in büdcəsi ilə bağlı bəzi fikirlərlə razılaşmayıb

“2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı 45 millət vəkili çıxış edərək büdcə zərfi ilə bağlı fikir və təkliflərini səsləndirib”.

omitələrin birgə iclasında 37 millət vəkilinin büdcə layihəsi ilə bağlı fikirlərini səsləndirdiyini xatırladan spiker Oqtay Əsədov bu çıxışların kifayət etdiyini deyib.

O. Əsədov digər millət vəkillərinə öz təkliflərini Milli Məclisin katibliyinə təqdim etməyi məsləhət bilib.

Daha sonra maliyyə naziri Samir Şərifov millət vəkillərinin irəli sürdüyü təklif və iradlara cavab verib. Nazir gələn ilin büdcə layihəsində bəzi sosial xərclərin azaldılması ilə bağlı fikirlərlə razılaşmadığını deyib: “Sosial xərclərin heç biri azaldılmayıb, ən azı builki səviyyədə saxlanılıb”.

Nazir tələblərin təqaüdlərinin azaldılmadığını da qeyd edib: “Bilirsiniz ki, təqaüdlərin verilməsinin yeni mexanizmi tətbiq edilir. İlk növbədə, yaxşı qiymət alan tələbələr, o cümlədən ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlər verilir”.

S. Şərifov qeyd edib ki, gələn il əmək pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək ki, bu da müəyyən artımlara səbəb olacaq.

O vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Nazir qeyd edib ki, bu, cari illə müqayisədə 50% və ya 161 mln. manat çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər