15 C
Baku
Saturday, April 20, 2024

Maliyyə Nazirliyi hüquqi şəxslərə müraciət etdi: Vaxt azalır

Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilib. Sözügedən Qaydaların 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.

Son xəbərlər
Digər xəbərlər