25 C
Baku
Saturday, April 20, 2024

Maliyyə Nazirliyi tender elan edir

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının hazırlanması məqsədilə tender elan edir.

Tender keçirən: Azərbaycan Respublikasının  Maliyyə Nazirliyi

Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə 1000 000 ədəd viza blankının çapı təklif olunur.

2. Tender proseduru 2017-ci il sentyabrın  26-sı  saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə,  338-ci otaq) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün ərizə.

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2017-ci il sentyabrın  25-i saat 11.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin “Müdafiəli sənədlərin dövriyyəsi” sektoruna təqdim olunmalıdır.

5. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, protokol, qərar (qərardad) blankların və ya analoji məhsulların) çapı sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi -texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap ediləcək protokol, qərar (qərardad) blankların nümunələrindən bir nüsxəni tender komissiyasına təqdim etməlidir.

7. Viza blankları qoruyucu elementlərə malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır.

8. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

9. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir.

9.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə.

9.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.

9.3. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

10. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

11. Viza blankların hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 1000 (bir min) manat ödədikdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

VÖEN: 1400108191

Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi 135.

Dövlət Xəzinədarlıq Agentliyi

kod: 210005

M/h: AZ41NABZ 01360100000000003944

VÖEN: 1401555071

S.W.İ.F.T. BİK: CTREAZ22

Maliyyə Nazirliyi, kitab 002527-2108571

H/h: AZ83CTRE00000000000002108571

Büdcə səviyyəsinin kodu: 7, təsnifatın kodu: 142340

12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini-sektor müdiri Aydın İsayevdir. Əlavə məlumat almaq üçün 2017-ci il  avqustun 14-dən  sentyabrın
25-i  saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13.00-dan 14.00-dəkdir).

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi, 135, III mərtəbə, 353-cü otaq.

Telefon: (99412) 404-46-94 E-mail: [email protected]

13.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.

14. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər