15 C
Baku
Friday, March 29, 2024

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Fevralın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 35 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Banker.az-a bildiriblər ki, hərrac zamanı 23 investor tərəfindən qiyməti 87.7784 AZN (13.9999 faiz) və 93.0588 AZN (7.5000 faiz) olan 37 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6301 AZN (8.0001 faiz), orta ölçülmüş qiyməti 92.6980 AZN (7.9205 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 189 900 AZN, yerləşdirilmiş həcmi isə 35 milyon manatdır. İstiqrazlar gələn il fevralın 19-da ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər