4 C
Baku
Friday, March 29, 2024

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102009518 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14.005.700.00 AZN təşkil edib. Sifarişlər 91.6180 manat (18.4998 faiz) və 96.1943 manat (7.9999 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.8400 manat (11.0017 faiz) orta ölçülmüş qiyməti 95.6251 manat (9.2512 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar avqustun 24-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 milyon 320 min 200 manat təşkil edib. İstiqrazlar 2017-ci il fevralın 21-də ödəniləcək.

Həmin gün BFB-də Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010514 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat məbləğində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 5 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16.123.200.00 manat təşkil edib. Sifarişlər 82.1285 manat (21.8803 faiz) və 91.3500 manat (9.5212 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91.3500 manat (9.5212 faiz) orta ölçülmüş qiyməti 91.3500 manat (9.5212 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar avqustun 24-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 milyon 473 min 400 manat təşkil edib. İstiqrazlar 2017-ci il avqustun 22-də ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər