23 C
Baku
Tuesday, April 23, 2024

Palata xidmət səviyyəsinin yüksəkdilməsi tapşırığını verdi

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) sığorta sektorundakı vəziyyətin müzakirəsinə dair görüş keçirilib.

Banker.az Palataya istinadən xəbər verir ki, görüşdə qurumun baş icraçı direktoru İbrahim Alışov, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli və sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.

İ.Alışov rəhbərlik etdiyi qurumla ASA-nın aktiv əməkdaşlığı nəticəsində sığorta sektorunun inkişafına dair əsas hədəflərə nail olunması üçün həyata keçiriləcək tədbirlər barədə danışıb. O, qeyd edib ki, sektorun tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və institusional boşluqların aradan qaldırılması, Strateji Yol Xəritələrində nəzərdə tutulmuş kənd təsərrüfatı sığortası, mikro və müştərək sığorta mexanizmlərinin yaradılması, icbari tibbi sığortanın inkişaf etdirilməsi, ümumilikdə sektorun elektronlaşdırılması və digər istiqamətlər üzrə birgə səylərin artırılması hər iki qurum qarşısında duran əsas prioritet məqsədlərdir. Baş icraçı direktor Assosiasiyanın sədri vəzifəsinə təyinatın həm sektorun, həm də tənzimləyicinin fəaliyyətinə effektiv təsir edəcəyinə ümid etdiyini bildirib.

Daha sonra M.Abbasbəyli çıxış edərək, Palatanın Assosiasiyadan gözləntilərini dilə gətirib və yaxın gələcəkdə bu istiqamətdə görülməli olan işlərin planlamasını təqdim edib.

Görüşdə, həmçinin sığorta sektoruna nəzarət çərçivəsinin qiymətləndirilməsinin aparılması, attestasiya və lisenziyalaşdırma üzrə prosedurların təkmilləşdirilməsi və digər mövzular üzrə təkliflər dinlənilib və fikir mübadiləsi aparılıb. Baş icraçı direktor nəzarət mexanizmlərinin gücləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, sağlam, şəffaf sığorta sektorunun formalaşdırılması istiqamətində tövsiyə və tapşırıqlar verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər