26 C
Baku
Friday, April 19, 2024

Maliyyə planı necə hazırlanır?

Bir çox təşəbbüskar gələcəyi əvvəlcədən bilmədiyi üçün maliyyə planını bir ildən artıq hazırlamağı rədd edir.

Əslində bu planı müvəffəqiyyətli bir şirkətiniz ola biləcəyinə dair həm müştəriləri, həm də sərmayəçiləri inandırmaq üçün hədəf olaraq seçməlisiniz. Maliyyə planı fürsətin böyüklüyü, müştərilərin alıcılıq qabiliyyəti, qiymətləndirmə və rəqabəti öncədən müəyyənləşdirdiyinə görə iş planında ən son addım olmalıdır.

Biliyinizdən istifadə edərək pillə-pillə, lazım gəldikdə hesabat şəklində istifadə edə biləcəyiniz plan hazırlamaq üçün təməl ünsürlər aşağıdakılardır:

1. Büdcəniz milyonlar yaxud daha artıq olmadığı müddətcə istehsal gəliri ilə müştəri qiyməti arasındakı fərq 50%, ya da daha artıq olmalıdır. Əks halda satış, bazar, bəzi başqa maliyyələr sizi məhv edə bilər.

2. Daha sonra satış həcmi gəlir. Bu zaman təşkilatdakı insanlardan hansının paylamanı həyata keçirəcəyini müəyyənləşdirmək üçün əvvəldən axıra qədər bir fikir irəli sürməyiniz lazımdır. Bu təxmin, həqiqətən, onların üzərindəki məsuliyyətdir. Burada yüzdə bir bazar payını hesablamaq və hər kəsin ən azından bu qədərini edə biləcəyini gözləmək daha cəzbedicidir. Bu inandırıcı deyil və mümkün olmayacaqdır.

3. Can sıxan ümumi xərcləri unutmayın. İqtisadi böhran zamanı belə sığorta, cihazlar və idari dəstəklə paralel olaraq, ofis xərclərinin də artma sürəti təəccübləndirici deyildir. Daha sonra kompüter xərcləri, sərgilər və s. Doğru aralıqda olduğunuzdan əmin olmaq üçün təqribi sənaye statistikalarını yoxlayın.

4. Pul vəsaitlərinin hərəkəti ən mühümüdür. Pul vəsaitlərinin hərəkəti təşəbbüs zamanı mövcudluğunu qorumalı olduğunuz ən vacib parametrdir. Planlaşdırma, nəzarət, baş icraçı direktor və digər cəhd edənlərin ən önəmli işləridir.

Bu əsas məlumatlardan başqa investitorlara olan güvəninizi artıracaq və uğursuzluq nisbətini aza endirəcək bəzi başqa strateji ünsürlər də vardır.

Pul vəsaitlərinin hərəkəti zamanı nəyə ehtiyyacınız olduğunu hesablayın. Pul vəsaitlərinizin hərəkətinin ən aşağı səviyyəyə düşdüyü nöqtəni müəyyənləşdirin.

Hər dörddə biri əvvəlcədən müəyyən edin. Təşəbbüsləri bazar həqiqətlərinə uyğunlaşmaq məcburiyyətində olduğunuzu və maliyyə planlarının bir elmdən daha çox sənət olduğunu unutmayın. Mühüm bir vəziyyət, ya da təbii fəlakət olmadığı müddətcə maliyyə planları gözdən qaçırılmamalıdır.

Təşəbbüs üçün ancaq rasional planlar hazırlamağı qarşınıza məqsəd qoyun. Başlanğıc üçün təxminlər ilk baxışdan inandırıcı görünməlidir. İnvestitorların böyük bir qismi təşəbbüsün başlanğıc planının uğurlu olduğunu hələ anlamayıb və budur sizin üçün böyük bir şans…

Maliyyə planı hazırlama müddəti daha sonrakı dövrdə əhəmiyyətli tənzimləmələr etməyiniz üçün fürsət yaradaraq, təqdim olunan iş modelinin güclü və zəif tərəflərini görməyinizə şans verir. Artıq dəyər əldə etmək üçün maliyyə modeli yaratmalısınız. İşin həcminin artma nisbəti, satış və işçi sayı kimi pul vəsaitlərinin hərəkətində də ”dəyər” analizi mövcuddur.

Maliyyə planı gözünüzü qorxuda bilər, lakin konkret maliyyə təxminləri hər iş planının özül daşıdır. Yoxsa o belə bir köhnə bir məsəli ”Planlaşdırmanı bacarmayan məğlubiyyəti planlaşdırar”-ı təsdiqləmiş olar…

Tərcümə etdi: Nərgiz İsmayılova

Son xəbərlər
Digər xəbərlər