18 C
Baku
Thursday, April 25, 2024

Maliyyə Savadlılığı Şurasının ilk iclası ilə bağlı xəbər var

13 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası nəzdində yaradılan Maliyyə Savadlılığı Şurasının ilk iclası keçirilib.

İclasda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov,  Şura iştirakçısı olan bankların nümayəndələri və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri iştirak ediblər.

Maliyyə Savadlılığı Şurasının əhəmiyyəti və bu yöndə mövcud olan beynəlxalq təşəbbüslər haqqında danışan Cavanşir Abdullayev, Şuranın fəaliyyətinin maliyyə sektorunun inkişafına verəcəyi töhfələri iclas iştirakçılarının nəzərinə çatdırıb.

Onun sözlərinə görə, Maliyyə Savadlılığı Şurası bu yöndə banklar,  beynəlxalq təşkilatların və digər qurumların həyata keçirdiyi tədbirlərin kordinasiyasını gücləndirəcək,  eyni zamanda maliyyə savadlılığının yüksəldilməsi istiqamətində görülən işlərin effektivliyinin və səmərəliliyinin artırılmasını təmin edəcəkdir.

İclasda Maliyyə Savadlılığı Şurasının əsasnaməsi müzakirə edilib və bu yöndə iştirakçıların təklifləri dinlənilib. Həmçinin iclasda Şuranın sədrinin və müavinlərinin təyin edilməsi, maliyyə savadlılığı ilə bağlı strateji planın hazırlanması və bununla bağlı işçi qrupun formalaşdırılması və üzvlərinin seçilməsi istiqamətində təkliflərin ABA-nın Rəyasət Heyətinin iclasına çıxarılması qərara alınıb.

Qeyd edək ki, Maliyyə Savadlılığı Şurasında 19 bank təmsil olunur.

MənbəBBN.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər