26 C
Baku
Friday, April 19, 2024

Maliyyə sektorunun nümayəndələri üçün seminar keçirilib

16 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud infrastruktur potensialının daha da gücləndirilməsi istiqamətində növbəti seminar keçirilib.

Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa bölgəsində Təhlükəsizlik həlləri üzrə direktoru Mark Van Puyvel tərəfindən təşkilatın bu sahədə yeni proqram və xidmətləri, o cümlədən “Safety Net”, “Policy Manager”, “Fraud Rule Manager”, “Decision Intelligence”, “Spend Alerts and Controls” və “Acquirer/Merchant Dashboard” haqqında məlumat verilib. Eyni zamanda, bu proqram və xidmətlərin banklara təqdim etdiyi üstünlüklər, fırıldaqçılıq hallarına qarşı əvvəlcədən müvafiq tədbirlərin reallaşdırılması imkanları, habelə tətbiq edilən qiymətləndirmə mexanizmi və digər zəruri məlumatlar açıqlanıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər