13 C
Baku
Friday, April 26, 2024

Maliyyə vasitəçiliyinin mahiyyəti

İnvestisiya — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir. Investorlar ilə biznes arasında münasibət birbaşa və dolayı formada müəyyən oluna bilər. Onlar arasında birbaşa münasibəti aşağıdakı sxemlə göstərmək olar:

55551
Lakin investisiyaların digər üsulu sizin əvəzinizə qərarın başqasına verilməsindən ibarətdir. Investisiya etməyin belə üsulu da kifayət qədər geniş yayılıb. Onları maliyyə vasitəçiləri ilə həyata keçirilən investisiyalar adlandırmaq olar.

Maliyyə vasitəçilərinin funksiyaları:

1. Maliyyə vasitəçisi əmanətlərin müxtəlif növ maliyyə alətləri üzrə bölüşdürülməsi yolu ilə diversifikasiyasını həyata keçirir.
2. Maliyyə vasitəçisi kredit riskini azaltmaq məqsədilə borcalanın ödəmə qabiliyyətliliyini yoxlayır.
3. Maliyyə vasitəçiləri münasib şərtlərlə borc vermək imkanı olan kreditorların axtarışı prosesini asanlaşdırır.
4. Maliyyə vasitəçiləri normal iqtisadi şərait daxilində kreditə görə faiz dərəcələrini aşağı salır.
5. Maliyyə vasitəçiləri pul vəsaitlərini akkumlyasiya edir və bunun hesabına borcalanlarını böyük pul vəsaitlərinə olan tələbini təmin edir.

Bu zaman sxemi bu cür olur:

55552
Belə olan halda, investorun özü deyil, maliyyə vasitəçisi pul vəsaitlərinin hara investisiya olunacağına qərar verir.

Maliyyə vasitəçilərindən biri kimi bankların fəaliyyəti müasir dövrümüzdə kifayət qədər genişlənib. Bank sisteminin əsas həlqəsini təşkil edən kommersiya banklarının vasitəçilik fəaliyyəti aşağıdakı sxemdə sadələşdirilmiş formada təsvir olunub.
55553

Digər maliyyə vasitəçilərinə investisiya fondlarını misal göstərmək olar. Onların fəaliyyətini təsvir etmək üçün aşağıdakı sxemdən istifadə edək:

55554Maliyyə vasitəçiləri ilə investisiyanın üstünlükləri

  • Vaxta qənaət
  • Peşəkar idarəetmə
  • Dövlət tərəfindən əlavə nəzarət (bəzən)
  • Diversifikasiya hesabına riskin azaldılması

Maliyyə vasitəçiləri ilə investisiyanın çatışmazlıqları:

  • Biznes üzərində nəzarət mümkün deyil (əksər hallarda)
  • Mənfəətin bir hissəsi vasitəçidə qalır
  • Yüksək gəlirlilik ehtimalı azdır

Beləliklə, maliyyə vasitəçiləri maliyyə bazarının əhəmiyyətli subyektlərindən biridir, onlar bu bazarın müxtəlif seqmentlərinin fəaliyyətinin effektivliyinin artırılmasını təmin edir. Eyni zamanda maliyyə vasitəçilərinin professional fəaliyyəti adətən yüksək gəlirli biznes hesab olunur ki, bu da yüksək maliyyə ixtisası tələb edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər