16 C
Baku
Thursday, April 25, 2024

Maliyyədə biometriya: ödənişi şifrəsiz təsdiq etmək üsulları

Banker.az saytı maliyyə sahəsində şəxsiyyətin identifikasiyası üçün tətbiq olunan müasir biometrik üsulları təqdim edir.

 

1.üsul – Barmaq izi

Ödəniş prosesinin təsdiq edilməsi üçün barmaq izindən istifadə edən ən populyar servis Apple Pay-dir. Bu xidmət 2014-cü ilin oktyabr ayında işə salınıb və hazırda iPhone 6-dan başlayaraq, bütün müasir Apple telefon modellərində keçərlidir. Barmaq izinin skayneri smartfonun üz hissəsində yerləşən yeganə düymənin altında yerləşir. Tranzaksiyanı təsdiq etmək üçün lazım olan tək şey onun üzərinə basmaqdır.

Barmaq izi nəinki şifrə rolunu oynaya bilər, həmçinin ödəniş aləti olaraq da xidmət edə bilər. WorldPay supermarketlərdə skaynerlər quraşdırmaq və barmaq izini birbaşa olaraq bank kartı ilə əlaqələndirməyi təklif edir. Alıcılar bir toxunuş ilə məhsulun haqqını ödəyə bilər.

2.üsul – Səsin tanınması

Səsin tanınması üzrə sistemdən fəal şəkildə bankların Call-centre-lərində istifadə olunur. Autentifikasiyanın bu modeli tez-tez unudulan şifrə söz olmadan belə zəng edən şəxsin məhz həmin şəxs olduğunu , yaxud özünü digər şəxs kimi qələmə verdiyini ayırd etməyə imkan verir. Bunun üçün sistem bankın arxivinə müraciət edir və zəng edən səsi hesab açılarkən yazılmış original səs ilə müqayisə edir. Şimali Amerikadan Honqkonqa qədər müxtəlif dünya bankları artıq belə bir sistemdən istifadə edir.

3.üsul – Üzün tanınması

Bu identifikasiyanı həm online, həm də ənənəvi mağazada həyata keçirmək mümkündür. Finlandiyada Uniqul startapı bu cür sistemi hələ 2013-cü ildə təklif etmişdi. Sistem mağazanın kassasında alıcının üzünü skan edir, şəkli bazada olan original şəkil ilə müqayisə edir və ödəniş məlumatlarını ödəniş etmək üçün təqdim edir. Alıcının bu zaman pulqabını belə çıxartmasına ehtiyac qalmır. Onun kartının rekvizitləri sistemdə saxlanılır. Qeyd edək ki, artıq Çində üzün tanınması sistemi ilə bankomat yaradılıb. Mastercard isə Böyük Britaniya, Kanada və ABŞ-da selfi ilə ödənişləri işə salıb.

4.üsul – Gözün skan edilməsi

Yaponiyanın smartfon istehsalçısı Fujitsu şirkəti 2015-ci ilin yayında “baxış” ilə alış-veriş üçün ödəniş etməyə imkan verən sistemi təqdim etdi. Belə ki, mobil telefonlarda göz qişasını şifrəyə çevirən skayner peyda oldu.

Vodafone Turkey mobil operatoru isə bu növ biometrik məlumat növündən mobil pulqabının qorunması vasitəsi kimi istifadə etməyə üstünlük verib.

5.üsul – Ürək döyüntüsü

Müasir fitnes-bilərziklər elektrokardioqrafik siqnalları tanımaq iqtidarındadır. Bəzi elektronika istehsalçıları artıq öz cihazlarının potensiallarını bankçılıqda görməyə başlayıb.

Belə ki, kanadalı istehsalçı Bionym şirkəti Britaniyanın Halifax bankı ilə birlikdə Nymi bilərziklərini sınaqdan keçirir. Unikal ürək döyüntüsü internet bankçılığa giriş üçün istifadə olunur. Həmçinin cihaz ödəniş funksiyası üçün də nəzərdə tutulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər