16 C
Baku
Friday, April 26, 2024

“Management Construction and Mounting” 4 vəzifə üzrə işçi axtarır

Şirkət Lənkəran layihəsində 3 vakansiyaya iş elanı edir.

Şirkət: Management Construction and Mounting MMC

Vəzifə 1: Keyfiyyətə Nəzarət üzrə Menecer

Vəzifə və öhdəlikləri:

  • İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
  • İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
  • Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
  • Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
  • Proseduralara dair rəy və təkliflərin alınması üçün istehsal sahəsi üzrə menecer və müdriyyət ilə əlaqə saxlamaq;
  • Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
  • Fərdi fəaliyyət planı tərtib etmək;
  • Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
  • Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
  • Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
  • Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
  • Xidmət və ya tikinti ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
  • Tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
  • Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
  • İSO standarları üzrə bilikləri (Sənədləşmə, kargüzarlıq.)

Tələblər:

  • Azərbaycan, rus və İngilis dili biliy  əla səviyyədə olmalı ;
    vəzifə üzrə 3-5 il iş təcrübəsi;
  • Təcrübədən asılı olaraq namizədlə əmək haqqı individual olaraq razılaşdırılır.

Maraqlanan şəxslər mövzu xanasında Keyfiyyətə Nəzarət üzrə Menecer sözünü qeyd etməklə şəkilli  cv-lərini [email protected]  mail ünvanına göndərə bilərlər.


Vəzifə 2: Tikinti İşləri üzrə Sahə Rəisi

Tabe olduğu struktur: Layihə rəhbəri

Vəzifə, səlahiyyət və öhdəliklər:

1. İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək.
2. Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək.
3. Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlamaq.
4. Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək.
5. Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək.
6. Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək.
7. Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək.
8. Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq.
9. Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək.
10. İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq, işin görülməsinin təmin edilməsi.

İşçiyə tələblər:

1. İnşaat mühəndisliyi sahəsində bakalavr təhsili olmalı;
2. Tikinti sahəsi üzrə ən azı 6 il təcrübəyə malik olmalı;
3. Rus və İngilis dilini yaxşı səviyyədə bilməli.

Qeyd: CV göndərərkən mövzu bölümündə vakansiyanın adı qeyd olunması mütləqdir.

Təcrübədən asılı olaraq namizədlə əmək haqqı individual olaraq razılaşdırılır.

Maraqlanan şəxslər mövzu xanasında Sahə Rəisi sözünü qeyd etməklə şəkilli  cv lərini  [email protected]  mail ünvanına göndərə bilərlər.


Vəzifə 3: Layihə  Rəhbəri

∙ Tikinti sahələrinin xüsusiyyətlərinin araşdırılması;
∙ Tikinti sahəsində hazırlıq işlərinin təşkili;
∙ Tikinti işlərinin ardıcıllığının  təşkili və onların müxtəlifliyindən asılı olaraq ardıcıllığla sahədə işlərinin qurulması və maniyəsiz aparılmasının tətbiq edilməsi;
∙ Müxtəlif  ixtisaslaşdırılmış işlərin görülməsi üçün ixtisaslaşdırılmış şirkətlərin sahəyə cəlb edilməsi və onlara təklif olunmuş işlərin aparılması üçün işlərinin dəyərləndirilməsi və görülən işlərinin keyfiyətinə nəzarət edilməsi və gəbul edilməsi;
∙ Tikinti sahəsində yaranmış Layihə-smeta sənədlərindən kənar ekstra işlərlə bağlı sifarişçı ilə danışıqlar aparılması və onların aradan qaldırılmasına dair aparan işlərin təşkil edilməsi;
∙ Görülmüş işlərinin keyfiyətinə nəzarət edilməsi, görülmüş işlərin həcmlərin hesablanması, aylıq hesabatların hazırlanması, tərtib edilməsi və sifarişçiyə təqdim edilməsi

Namizədə tələblər

– Müvafiq sahəyə uyğun ali  təhsil
– 3 ildən az olmayaraq iş stajı
– Rus və İngilis dilini yaxşı səviyyədə bilməli

 


Vəzifə 4: Texniki ofis Mühəndisi

∙ İstehsalatın tətbiq layihəsinə uyğun olaraq, metraj-ölçüsünü hesablamaq, layihədə olmayan istehsal üçün əlavə sənədlər hazırlamaq;
∙ Təhvil-təslimlə bağlı məruzə hazırlamaq;
∙ Təsdiqlənən təhvil-təslimi mərkəzi mühasibatlığa göndərmək. Təhvil-təslim və fakturanın bir nüsxəsini texniki ofisdə saxlamaq;
∙ Çertyoj, əlavə, işin təsdiq forması, protokol və s. qiymətli kağızların orijinallarını texniki ofisdə saxlamaq;
∙ Aylıq fəaliyyət hesabatının hazırlanmasına kömək etmək;
∙ Təftiş işini yerinə yetirmək;
∙ Layihənin əsas iş proqramlarını hazırlamaq, təsdiqlənən bu proqrama uyğun olaraq hər istehsalat payı üçün ayrı-ayrı sxem və diaqramlar yaratmaq;
∙ Aparılan istehsalata aylıq qrafiklərlə nəzarət etmək;
∙ İşlərin proqrama uyğun faktiki gedişatına nəzarət edərək Texniki ofisin rəhbərinə məruzə etmək;
∙ İstehsal prosesi ilə bağlı gündəlik, həftəlik, aylıq hesabatların hazırlanmasında iştirak etmək, proqrama uyğun olaraq, çatışmamazlıqları müəyyən etmək planlama smeta  forma yüksək səviyyədə bilməli ;

Namizədə tələblər:

∙ İnşaat mühəndisliyi sahəsində bakalavr təhsili olmalı;
∙ Sahəsi üzrə ən azı 3 il təcrübəyə malik olmalı;
∙ Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilməli;
∙ Auto CAD, MS Project, MS Office proqramlarını bilməli.
– İngilis dilini yüksək səviyyədə bilməli .
– Yaş həddi :25-45

Təcrübədən asılı olaraq namizədlə əmək haqqı individual olaraq razılaşdırılır.

Maraqlanan şəxslər mövzu xanasında vakansiyanın adını qeyd etməklə şəkilli  cv-lərini [email protected]  mail ünvanına göndərə bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər