15 C
Baku
Saturday, April 20, 2024

Manatla olan depozitlərin faizləri əhəmiyyətli şəkildə düşəcək, iqtisadçı deyir

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 2-də keçirilən depozit hərracında gözlənildiyi kimi tələb yüksək olmaqla yanaşı yeni rekord vurub. AMB-nin 250 milyon AZN həcmində təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard AZN-ə yaxın olub. Bildirək ki, bu, son 1 ayda 4-cü rekord göstəricidir. Martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması da tələbatı azalda bilməyib. Analoji tələbat martın 14-də Bakı Fond Birjasında keçirilmiş hərracda qeydə alınıb. Həmin hərracda AMB-nin 250 milyon manatlıq sifarişinə qarşı bankların tələbi 1 milyard manatdan çox olub.

İqtisadçı-eksper Samir Əliyev bildirir ki, indiki dövrdə “resurs bolluğu”ndan əziyyət çəkən banklar öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər. Real sektorun riskləri və əhalinin kredit tarixlərinin pisləşməsi bankların kreditləşmə marağını azaldıb. Faktiki olaraq aktivlərinin ən yaxşı halda 40%-ni aktiv kreditləşməyə yönəldən banklar aktivlərinin qalan hissəsini gəlirə çevirməkdə problemlərlə üzləşiblər və AMB-nin hərrac imkanlarından yararlanmağa çalışırlar. Nəzərə alaq ki, kreditləşmənin aktivlərdə payının 20%-dən az olduğu banklar da var.

400528860
Ekspert, Samir Əliyev

Ekspert deyir ki, AMB valyuta bazarında sabitliyi qorumaq və banklara dəstək üçün hərraclar vasitəsilə dövriyyədən müvəqqəti də olsa 1,3 milyard manat çıxara bilib. Bunun 700 milyon AZN-ni depozit, 600 milyon AZN-ni isə notların yerləşdirilməsi üzrə hərraclar vasitəsilə həyata keçirib. AMB 2018-ci ilin ilk 3 ayı ərzində banklara depozit hərracları vasitəilə 15 milyon, notların yerləşdirilməsi yolu ilə 3 milyon manata yaxın dəstək verib. AMB ümumilikdə banklara 18 milyon manatlıq faiz ödəyib.

“Proseslər belə davam edəcəyi təqdirdə milli valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağı düşəcək, bankların əmanətçilər qarşısında öhdəlikərinin yerinə yetirməsində çətinliklər yaranacaq.” – deyə Samir Əliyev bildirir.

Son xəbərlər
Digər xəbərlər