22 C
Baku
Thursday, April 18, 2024

Manatın məzənnəsinə təsir edə biləcək göstərici: müsbət saldo qeydə alındı

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçib, 86 ölkəyə məhsul ixrac olunub və 131 ölkədən idxal olub.

Bu barədə Dövlət Statistika Komitəsinin xarici ticarət əlaqələri il bağlı 2018-ci ilin yanvar fevral aylarına olan hesbatında deyilir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4.44 mlrd. ABŞ dolları, o cümlədən ixracın dəyəri 2,99 mlrd.  dollar, idxalın dəyəri 1,45 mlrd. dollar təşkil etmiş, nəticədə 1,54 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın
– 26,5 faizini İtaliyaya,
-10,3 faizini İsrailə,
-8,4 faizini Almaniyaya,
-6,2 faizini Kanadaya,
-6,1 faizini İndoneziyaya,
-5,7 faizini Çexiyaya,
-4,2 faizini Türkiyəyə,
-hər biri 3,8 faiz olmaqla Rusiya və Avstriyaya,
-3,5 faizini Yunanıstana, 3,4 faizini Hindistana,
-3,2 faizini ABŞ-a,
-2,6 faizini Gürcüstana,
-2,3 faizini Ukraynaya və qalan 10,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin
– 16,8 faizi Rusiya,
– 13,5 faizi Türkiyə,
– 9,5 faizi Çin,
– 8,8 faizi Almaniya,
-5,5 faizi ABŞ,
– 4,9 faizi Belarus,
-3,8 faizi Ukrayna,
-hər biri 3,0 faiz olmaqla Çexiya və İtaliya,
– 2,7 faizi İran, 2,2 faizi Qazaxıstan və 26,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-fevral aylarında 241,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 37,3 faiz, real ifadədə isə 35,8 faiz çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 70,2 faiz, təzə tərəvəz – 14,2 faiz, tütün – 25,1 faiz, şəkər – 2,4 faiz, meyvə və tərəvəz şirələri – 23,5 faiz, çay – 6,6 faiz, meyvə və tərəvəz konservləri – 10,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 95,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 faiz, kartof – 8,9 dəfə, polietilen – 15,4 faiz, qara metallardan borular – 1,8 faiz, pambıq ipliyi – 36,2 faiz artmış, bitki yağları ixracı isə 41,4 faiz, emal olunmamış alüminium – 23,5 faiz, pambıq lifi – 39,1 faiz, bentonit gili – 22,4 faiz, qara metallardan yarımfabrikatlar – 65,8 faiz azalmışdır.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında buğda idxalı 70,9 faiz, bitki yağları – 48,9 faiz, təzə meyvə – 54,5 faiz, çay – 39,6 faiz, mal əti – 31,4 faiz, quş əti və onun əlavə məhsulları – 50,0 faiz, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 75,3 faiz, qara metallardan çubuqlar – 85,5 faiz, mebel – 24,8 faiz, rezin şinlər – 21,4 faiz, hesablama maşınları, blok və qurğuları – 58,8 faiz, polietilen – 82,4 faiz, qara metallardan künclüklər ­– 10,8 faiz, paltaryuyan maşınlar – 61,0 faiz, yük avtomobilləri – 30,9 faiz, məişət kondisionerləri – 32,6 faiz sement və sement klinkerləri – 3,0 dəfə, məişət soyuducuları – 3,2 dəfə, avtobuslar – 2,2 dəfə artmış, kərə yağı, digər süd yağları və pastalar üzrə idxal isə 29,2 faiz, xam şəkər və şəkər – 70,5 faiz, kartof – 18,8 faiz, təzə tərəvəz – 54,3 faiz, polad prokatı – 4,6 faiz, siqaret – 20,9 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər