15 C
Baku
Friday, March 29, 2024

Manatın məzənnəsinə təsir edə biləcək göstəricilər açıqlandı

Qeyri-sektorunu artıb, neft sektoru azalıb.

Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı ilə bağlı açıqlama verib.

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 56 milyard 482 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM istehsalının 40,2 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmış, neft bölməsində isə 6,0 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər