12 C
Baku
Friday, March 29, 2024

Manatın “qoruyucusu” qayıdır

Bu proses davam edərsə, manat bahalaşacaq

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 64,42 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,47 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti bugünə 64,80 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 22-də 62,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.

Sputnik qeyd edir ki, iqtisadçı-ekspertlər neftin qiymətinin manatın məzənnəsinə birbaşa təsir etdiyini bildirirlər. Belə ki, Azərbaycan nefti bahalaşdıqca milli valyutamızın da mövqeyi möhkəmlənir.

Son xəbərlər
Digər xəbərlər