17 C
Baku
Wednesday, May 8, 2024

Manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi yenə azaldı

Bu ilin oktyabr ayında Azərbaycanda manatda banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) saytına istinadən, hesabat dövründə dollarda banklararası kreditlər üzrə orta faiz dərəcəsi isə yüksəlib. Əgər sentyabrda manatla banklararası kreditlərin orta faiz dərəcəsi 8,41%, xarici valyutada 9,97% olubsa, oktyabrda manatda banklararası kreditlərin orta faiz dərəcəsi 7,94%, xarici valyutada 10,22% təşkil edib.

Orta faiz manatla kreditlərdə illik 6,69%-dən 7,94%-ə, xarici valyutada 5,42%-dən 10,22%-ə yüksəlib.

Manatla banklararası kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 9,93% olmaqla 1 ildən yuxarı, ən aşağı isə illik 3% olmaqla 30 günədək kreditlərdə qeydə alınıb. Xarici valyutada da ən yüksək orta faiz 1 ildən yuxarı kreditlərdə müşahidə olunub – 11,99%. Oktyabrda banklararası kreditlərdə ən aşağı orta faiz dərəcəsi 0,55% olmaqla 30 günədək kreditlərdə olub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər