8 C
Baku
Friday, March 29, 2024

“Manatla kreditləşmənin bərpası üçün yeni mexanizm hazırlanmalıdır”

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda problemli kreditlərin həcminin artmasından narahatdır. Bunu jurnalistlərə açıqlamasında Bankın prezidenti Sir Suma Çakrabarti deyib: “Lakin bu, təkcə Azərbaycana aid olan məsələ deyil”.

Bank rəhbəri qeyd edib ki, EBRD yerli valyutada istiqraz buraxmaqda maraqlıdır:”Biz bu istiqrazları buraxmaqda maraqlıyıq. Amma araşdırmaq lazımdır ki, görəsən yerli bazar bunda maraqlıdırmı. Manatla istiqrazların yerləşdiriliməsinə artıq bu ildənbaşlanılacaq”.

Bank rəhbəri həmçinin Maliyyə Bazalrlarına Nəzarət Palatasında keçirilən görüşdən də danışıb:”Palatada bankların devalvasiyadan sonra düşdüyü vəziyyətlə bağlı müzakirələr aparmışıq. Düşünürəm ki, banklar manatla kredit verməyə qadir olmalıdır və bunun üçün də yeni mexanizm hazırlanmalıdır”.

Report

Son xəbərlər
Digər xəbərlər