21 C
Baku
Thursday, April 25, 2024

Manchester universiteti

Manchester universiteti Böyük Britaniyanın ən nəhəng universiteti hesab edilməklə yanaşı, təhsil və elmi araşdırma səviyyəsi ilə dünyanın ən yaxşı universitetləri sırasına daxil olur. Manchester universiteti mövcud olduğu 150 il ərzində Avropanın nəhəng elmi-araşdırma mərkəzlərindən biri kimi tarixə yazdıra bilib və XX əsrin bir sıra mühüm elmi kəşfləri məhz burada edilib. 

Universitet bakalavr dərəcəsində müxtəlif ixtisas seçimi, təcrübə keçmək imkanı, yaxud xaricdə tədris proqramı və yeni elmi araşdırmalara əsaslanan innovativ təlim şansı qazandırır. Qeyd edək ki, Manchester universiteti bakalavr və magist dərəcəsi üçün 500-dən artıq müxtəlif tədris proqramına malikdir.

Bununla yanaşı, universitet bütün dünya üzrə işə götürən şəxslər arasında mükəmməl nüfuza malikdir. Məzunlarına tələbat baxımından dünya reytinqində isə 12-ci pillədə qərarlaşıb. Eyni zamanda, universitetin kitabxanası Böyük Britaniyanın 3 nəhəng kitabxanasından biridir.

Universitetin tarixinə qısaca nəzər salsaq görərik ki, 1824-cü ildə məşhur kimyaçı Con Dalton mançesterli sahibkar və sənaye işçiləri ilə birlikdə işçilərin elmin əsaslarını öyrənməsi üçün Mexaniki institutu təsis edir.

1846-cı ildə isə mançesterli tekstil taciri John Owens sektalardan əlaqəsiz olaraq kişilərin təhsil ala bilməsinə şərait yaradan kollecin yaradılması üçün 96942 funt vəsiyyət edir.

Onun əmlak idarəçiləri 1851-ci ildə Manchesterdə yaradırlar.

1880-ci ildə krallığın əmri ilə universitet yaradılır və 1903-cü ildə Viktoriya Manchester universiteti adlandırılır. Növbəti olaraq isə Owens kollecini özünə birləşdirir.

Manchester universitetinin məzunları, aspirantları və əməkdaşlarından 25 nəfəri Nobel mükafatına laureat olmuşlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər