15 C
Baku
Friday, April 26, 2024

Mango françayzinqdən imtina etdi

Mango MNG Holding ispan şirkəti rəqabət hallarından ehtiyat edərək özü inkişaf etməyə başladı. Geyim mağazalar şəbəkəsi françayzinq partnyorları ilə işləməkdən imtina etməyi planlaşdırır. Qeyd edək ki, bu partnyorlar 1990-cı ildən etibarən Kiev, Dnepropetrovsk, Donetsk, Odessa və Xarkovda cəmi 17 mağaza açmışlar. Mango brendinin MDB ölkələrində inkişafı üzrə menecerindən bu haqda hər hansı bir şərh əldə etmək mümkün olmamışdır.

Mango gəlirini artırmaq və rəqiblərin aktivliyi səbəbindən bazarı itirməmək üçün Ukraynada özü inkişaf etmək və genişlənmək niyyətindədir.

Mango ilk şirkət deyil ki, françayzinqlə inkişafdan imtina edərək tək başına genişlənməyi seçir. Qeyd edək ki, LC Waikiki, Collezione və Camper kimi şirkətlər də oxşar addımlar atmışlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər