“Mardan Palace” hotelinin borc səbəbindən suyu kəsilib

AST Telmanın inşa etdirdiyi "Mardan Palace"

2010-cu ildə dünyanın ən lyuks hoteli seçilən “Mardan Palace”in (Türkiyə) suyu 2 mln. türk lirəsi (540,5 min ABŞ dolları) borcunun olması səbəbindən kəsilib.

“Haberler” saytına istinadən, daha əvvəl də borc səbəbindən hotelə elektrik enerjisinin verilişi kəsilib. Lakin daha sonra “AKEDAŞ” Antalya elektrik idarəsinə olan borcun restrukturizasiyası nəticəsində elektrik təchizatı bərpa edilib.

Xatırladaq ki, “Mardan Palace” hoteli avqust ayından etibarən rezervasiyaları qəbul etmir. Hotelin həm öz internet səhifəsində, həm də əlaqəli olduğu internet səhifələrində “satışa bağlı” olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus Antalyadakı “Mardan Palace” hoteli bir müddət əvvəl banklara olan borcları səbəbindən satışa çıxarılıb. Daha sonra qarşılıqlı anlaşma nəticəsində məhkəmə satış qərarını ləğv edib.