21 C
Baku
Thursday, April 25, 2024

Margaret Thatcher. “Dəmir Ledi” kimdir?

Dünyada həqiqətən intellektual olan qadın siyasətçilər çox azdır. Margaret Thatcher isə görkəmli qadın siyasətçi adlandırılmağa haqq qazanmışdır. Gələcəyin “Dəmir Ledisi” 1925-ci ildə Grantem şəhərində satıcı ailəsində dünyaya gəlir. Margaret ilk başlardan dövlət strukturlarına atılmağa qərara almamışdı. O ilk olaraq Oxford universitetinin kimya fakultəsini bitirmiş və kimyaçı-araşdırmaçı olaraq işləmişdi. Daha sonradan hüquqşünas təhsili almış və vəkil kimi fəaliyyət göstərmişdi. Onun biznesmen milyonçu Denis Thatcher ilə uğurlu nigahı ona həyatda ən böyük dayaq rolunu oynayır. Margaret 1959-cu ildə Mühafizəkarlar partiyasından parlamentə seçilir və onun siyasətçi karyerası uğurla başlayır. Tezliklə o Təhsil və Elm naziri, bundan sonra isə Mühafizəkarlar partiyasının lideri vəzifəsinə yiyələnir.

Onun partiyası 1979-cu ilin seçkilərində qalib gəlir və o Böyük Britaniyanın baş-naziri seçilir. Bu zaman ölkədə aşağı həyat səviyyəsi hakim idi və o dərhal işə başlayır. Bu zaman Margaret dövlət xərclərini azaldır, zərərlə işləyən müəssisələri bağlayır, vergiləri azaldır.  Həyat səviyyəsi yavaş, lakin sabit olaraq yüksəlir, inflyasiya enirdi. Onu sərt xarakteri baxımından “Dəmir Ledi” adlandırmağa başlayırlar.

1982-ci ildə onun rəhbərliyi altında Folklendiya müstəmləkəsi uğrunda Argentina ilə olan müharibədə qalib gəlinir. 1983-cü ildə mühafizəkarlar yenidən Parlament seçkilərində qalib gəlir. Lakin XX əsrin sonunda Margaret Thatcher kolleqaları ilə ciddi anlaşılmazlıq səbəbindən istefa verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər