15 C
Baku
Saturday, April 20, 2024

Mark Tsukerberqin biznes prinsipləri

Facebook-un yaradıcısı proqramçılar, ideya, risk və pullar haqqında

•    Mən Facebook-un maraqlı deyil,  faydalı olmağı haqqında fikirləşirəm.
•    Əgər sən bir gecə ərzində oturub minlərlə kod verirsənsə, bu elə nəticənin özüdür.
•    Facebook şirkət olmaq üçün yaradılmayıb. Facebook sosial missiya – insanları bir-birilə daha da bağlı etmək üçün yaradılıb.  
•    Siz hər hansı bir şeydən dostunuz, ailəniz ilə bir yerdə istifadə etdiyiniz halda, ona daha da bağlanırsınız.
•    Sosial şəbəkələr dostluğa alternativ deyil, onun davamıdır.
•    “Sosial şəbəkə” filmində hər şey olduğu kimi göstərilməyib. Əslində Facebook-un hekayəsi olduqca darıxdırıcıdır. Biz 6 il sadəcə olaraq oturub kod yazmışıq.
•    Biznesdə ən əsası – nə isə daha vacib bir şey üzərində diqqətini toplamaqdı. Mən sadəcə olaraq, özümün də istifadə etmək istədiyim layihənin üzərində işləyirdim.
•    Əgər insanın beyni varsa, vaxtının və əldə etdiyi nailiyyətlərin böyük bir hissəsini işə götürənə verərək özü üçün işləməməyə heç bir mənəvi haqqı yoxdur.
•    Əməkdaşlarımızı komandamızın bir hissəsi olmaq motivasiya edir. Bu sadəcə olaraq Facebook şirkəti deyil, bu başqa bir aləmdir.
•    Reklam bizim xoşumuza gəlmir, lakin o hesabları ödəməyə kömək edir.
•    Facebook daha çox hökumət şirkətini xatırladır, nəinki ənənəvi şirkəti. Biz böyük insan kütləsi ilə işləyirik və heç bir şirkətdə olmadığı qədər öz daxili siyasətimiz haqqında ətraflı fikirləşməliyik.
•    Biz hər bir insana səs hüququ verməklə, həm də hakimiyyət verdik. Bu zaman isə köhnə sistem işləməməyə başladı.
•    Mən istəmirəm ki, Facebook yalnız amerikan şirkəti olsun və dünyaya amerikan ideologiyasını diktə etsin. Məsələn, bizlərin çox sevdiyi və Facebook-da da dəstəklədiyimiz “söz azadlığı” deyə anlayış var, lakin hər bir ölkədə bu başqa məna verir. Buna görə də, mənim üçün ən əsası müxtəlif ölkələrin insanlarının düşüncə tərzlərini anlamaq və Facebook-u mədəniyyət müxtəlifliyinə daha uyğunlaşdırmaqdır.
•    Dil-ideyaların ötürülməsinin ən uğurlu variantı deyil.
•    Mən fikirləşirəm ki, gələcəkdə təkcə proqramçılar deyil, hamı proqramlaşdırmanın elementləri ilə bağlı olacaq.
•    Mən mümkün ola biləcəklər çərçivəsini aşmaq cəhdlərimi yenidən davam etdirmək istərdim.
•    Mən qidaya ehtiyac duyduğum qədər serverlərə  də ehtiyac duyuram. Lakin müəyyən müddət yeməksiz qala bildiyim halda, serverlərin yetəri qədər məhsuldarlığı olmasa sayt məhv ola bilər.
•    Facebook-əla bir təcrübədir, mənim bəxtim gətirib. Lakin, bildiyindən daha çox şey öyrədən kolleci axıra qədər oxumadığıma görə heyfsilənirəm.  Orada dünyanı özün üçün kəşf edərək zövq alırsan.
•    Silikon vadisində çoxları şirkətin nə ilə məşğul olacağını qərarlaşdırmadan, şirkət yaradır. Məgər belə etmək olar? Dünya üçün nə isə faydalı olacaq bir ideya fikirləşməkdən başlayın, daha sonra bunun əsasında şirkət yaradın.
•    Şirkət sənin nəyəsə olan inamım əsasında yaradılmalıdı.
•    Kiçik inkişaf edən biznes yaratmaq üçün 2 şey lazımdır: birincisi, yaxşı proqramçılara sahib olmaq və ya yaxşı ideyası olanları öyrətmək, ikincisi bu ideyaları reallaşdırmaq imkanı
•    Mən ümumiyyətlə reklama – xüsusən də mənasız reklama nifrət edirəm.
•    Sənaye və istənilən digər biznes daha çevik olacaq, bu qaçılmazdır.
•    Inanmıram ki, mənim ağlıma Facebook tipli başqa bir ideya gəlsin.
•    Ən böyük risk heç bir riskə girməməkdir. Dünyada hər şey çox sürətlə dəyişir, əminəm ki, yalnız bir strategiya-riskə girməmək mütləq uğursuzluğa düçar olacaq.
•    Mən yalnız biznesi satmaq haqqında deyil, onu necə qurmaq və möhkəmləndirmək haqqında fikirləşirəm. İşimizin digərlərindən fərqli olaraq, daha maraqlı olduğunu ehtimal edirəm. Biz sadəcə olaraq öz işimizi görməyi xoşlayırıq. Mən heç vaxt şirkətin satışı haqqında fikirləşməmişəm.
•    Məgər mən pula ehtiyacı olan insana oxşayıram?

Son xəbərlər
Digər xəbərlər