15 C
Baku
Friday, March 29, 2024

Marketinq Departamentində Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri – DəmirBank

Vəzifə öhdəlikləri:

• Reklam və ictimaiyyətlə əlaqələr üzrə işin, departamentin iş planına müvafiq olaraq təşkil edilməsi, reklam və ictimaiyyətlə əlaqələr üzrə büdcənin və planların hazırlanması;
• Şöbənin əməkdaşları qarşısında vəzifələrin qoyuluşu, prioritetlərin, müddətlərin müəyyən edilməsi, yerinə yetirilmiş işin qəbulu, keyfiyyətinin qiymətləndirilməsi və s. işçi proseslərin idarə olunması;
• Bankın brendinin və imicinin inkişafı, eləcə də xidmətlərin satışının artırılması üçün reklam və PR işinin təşkili və həyata keçirilməsi;
• Reklam və PR kampaniyalarının, tədbirlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət olunması;
• Reklam və PR ideyaların yaradılması;
• Reklam və PR alətlərinin (TV, radio, İnternet, küçə reklamı, çap və s.) müəyyən edilməsi;
• Reklam və PR kampaniyasının büdcəsinin hazırlanması;
• Reklamların yerləşdirilməsi, media-planların hazırlanması və podratçı şirkətlər tərəfindən icrasına nəzarət olunması;
• Reklam yerlərinin seçilməsinə və keyfiyyətinə nəzarət olunması;
• Reklam və PR aksiyalarının koordinasiyası və nəzarət olunması;
• Reklam və promouşn materialların sifarişi, qəbulu, keyfiyyətə və filialların təmin edilməsinə nəzarət olunması;
• Filiallarda reklam və PR işlərinin / tədbirlərinin təşkili və nəzarət olunması;
• Filialların interyer və eksteryer tərtibatı işlərinin təşkili və nəzarət olunması;
• Təklif edilən filial yerinin (ərazinin cəlbediciliyinin və ofisin) və ATM yerinin qiymətləndirilməsində iştirak edilməsi;
• Tədbirlərin (korporativ / sosial / xeyriyyə, uduş kampaniyaları, sərgi, yarmarka və s.) tədbirlərin keçirilməsində iştirak, reklam və tərtibat işlərinin həyata keçirilməsinin təşkili və nəzarət edilməsi;
• Reklam və PR işlərinin səmərəliliyinin qiymətləndirilməsi.

Namizədə qarşı tələblər:

• Ali Təhsil;
• Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
• Media məhsulları və kommunikasiya metodlarında təcrübəyə sahib olmaq;
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
• Mobil, dinamik, operativ, dəqiq, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək qabiliyyətinə sahib olmaq;
• MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığına sahib olmaq;
• Azərbaycan, İngilis və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyətinə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər