13 C
Baku
Friday, March 29, 2024

“Marketinq Forumu” keçiriləcək – ABA bildirir

02 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun iclası keçirilib. Banker.az xəbər verir ki, bu barədə ABA bildirir.

İclasın gündəliyindəki əsas məsələlər “Marketinq forumu”nun təşkili və ABA təşkilatçılığı ilə sosial layihələrin həyata keçirilməsi olub.

İclas iştirakçıları “Marketinq forumu”nun keçiriləcəyi vaxt, forumun mövzuları, spiker seçimi və forumun əsas məqsədi ətrafında müzakirələr aparıblar. Qərara alınıb ki, vaxtın müəyyənləşdirilməsi, spiker təkliflərinin alınması üçün İşçi Qrupu yaradılsın.

Növbəti mövzu sosial layihələrin həyata keçirilməsi olub. İclasda sosial layihələrin hansı sahəyə yönləndirilməsi əsas müzakirə mövzusu olub. Qərara alınıb ki, sosial layihə təhsilə yönləndirilsin. Banklar sosial layihənin daha da təkminləşdirilməsi üçün təkliflərini ABA-ya bildirməlidirlər.

Son xəbərlər
Digər xəbərlər