8 C
Baku
Friday, March 29, 2024

Massaçusetsdə 1 dollara imarət satılır

Massaçusets ştatı Northempton şəhərində yerləşən Smit amerikan humanitar kollecinin rəhbərliyi öz ərazisində yerləşən bir imarəti satışa çıxarmışdır. İmarət 1860-cı ildə inşa edilib və bu günə qədər yaxşı vəziyyətdə qorunub saxlanılıb. Təhsil nümayəndələrinin jurnalistlərə verdiyi məlumata görə, taxtadan hazırlanmış və iki kaminli bu üç mərtəbəli imarətin qiyməti cəmi 1 dollar təşkil edir.

Lakin bu möhtəşəm imarəti alan şəxs 1 mühüm şərti yerinə yetirməli olacaq. Belə ki, alıcı əvvəllər tələbə yataqxanası kimi istifadə edilən bu tarixi əhəmiyyətli binanı nəhəng yük maşınları ilə kollecin ərazisində çıxarmalıdır. Ekspertlərin qiymətləndirməsinə görə, bu əməliyyat alıcıya imarətin köçürüləcəyi ərazinin uçot dəyəri nəzərə alınmadan təxminən 70 min dollara başa gələcək. Əvvəllər eynilə belə bir imarət kollecin ərazisindən Amherst şəhərinə köçürülmüşdü.

Smit kolleci administrasiyası imarətin yerində digər bir iri həcmli bina inşa etmək niyyətindədir.  Jones Group Realtors şirkətindən daşınmaz əmlak üzrə mütəxəssis Roy Conson bildirmişdir: “Artıq bir neçə şəxs zəng vurmuş və ev haqqında məlumat əldə etmək istəmişlər”. Kollec sentyabrın 1-nə qədər imarətdən “xilas” olmağı düşünür.

http://www.youtube.com/watch?v=InCaHzbuT7Q&width=810&height=480

Son xəbərlər
Digər xəbərlər