13 C
Baku
Wednesday, May 8, 2024

Mastercard özünün proqramlaşdırma interfeysini yaratdı

Mastercard şirkəti proqramçılar üçün özünün proqramlaşdırma interfeysini (Application Programming Interface, API) əlçatan etdi. Sözügedən bu interfeys ödənişlər, məlumatlar, həmçinin virtual reallıq kimi “yeni və eksperimental” sahələri əhatə edir.

Bu ilin əvvəlində öz platformasını yaradan Visa şirkətindən örnək alan Mastercard şirkəti iddia edir ki, o partnyorlarının qoşulma prosesini və öz xidmətləri ilə inteqrasiyasını asanlaşdıracaq.

İndi proqramçılar Msterpass, Mastercard Enablement Service də daxil olmaqla 25 API-ə daha təkmilləşdirilmiş formatda çıxış əldə edə bilər.

Ödəniş sisteminin yeni yaratdığı API sayəsində proqramçılar məlumatların ötürülməsi xidmətlərinə və fırıldaqçılıq skorinqi kimi təhlükəsizliyin təmin edilməsi vasitələrinə giriş əldə edəcəklər.

Bundan bir qədər əvvəl verilən məlumata görə, Mastercard gəlirini artırmaqdadır. Şirkət 2016-cı ilin ikinci rübünün maliyyə nəticələrini elan etdi və bu nəticələrə görə, şirkətin gəliri 7% artaraq 983 milyon dollar təşkil edir. Ödəniş sisteminin səhmlərinin dəyəri isə 10% artmış və 0,89 dollara çatmışdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər