16 C
Baku
Thursday, April 25, 2024

May ayında sərnişindaşıma tarifləri ucuzlaşıb

2015-ci ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% bahalaşmış, sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşmışdır.

Banker.az xəbər verir ki, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 faiz bahalaşmış, digər xarici ölkələr üzrə 8,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər