16 C
Baku
Thursday, April 18, 2024

MBA diplomu əmək bazarında hansı üstünlüklər qazandırır?

MBA – Master of Business Administration anlayışı artıq bütün dünyada tanına bir anlayışdır. MBA təhsil pilləsi olaraq artıq 100 ildən çoxdur ki mövcuddur. Qeyd edək ki, ilk MBA proqramı 1908-ci ildə Harvard-da yaradılıb. Bu dövr ərzind MBA təhsili nəinki populyarlaşıb, həmçinin təhsilin prestijli göstəricisinə çevrilmişdir.

Biznes məktəblərin məzunları böyük əminliklə yeni iş yeri qazanır, həyatlarından daha çox zövq alır və karyera pilləsində sürətlə irəliləyirlər.

Bəs MBA təhsilinin qazandırdığı prestijli diplom əmək bazarında hansı üstünlüklər bəxş edir:

CV-nizə əlavə dəyər qatır:

Təsəvvür edin ki, CV-nizdə INSEAD, IE, Harvard və yaxud digər prestijli biznes məktəbdə aldığınız təhsil ilə bağlı məlumatlar qeyd olunub. Bu adlar namizədlərin keyfiyyət əlamətinə çevrilmişdir və rəhbər şəxs çoxsaylı CV-lər içərisində ilk olaraq məhz sizin rezümenizə diqqət yetirəcək.

Zəruri nəzəri və praktik biliklər qazandırır:

Təhsil aldığınız 1 və yaxud 2 il (seçdiyiniz biznes məktəbdən asılı olaraq) ərzində seçdiyiniz sahə üzrə dərin nəzəri biliklər, beynəlxalq şirkətlərdə təcrübədən keçdikdən sonra praktik biliklər əldə edəcəksiniz.

Çoxlu sayda vacib tanışlıqlar imkanı yaradır:

Biznes-məktəblərin tələbələri aşağıdakı geniş imkanları əldə etmiş olurlar:

  • Eyni qrup yoldaşları (bütün dünya üzrə müxtəlif şirkətlərin gələcək top-menecerləri), professorlar ilə sıx münasibət;
  • Full-time MBA tələbələrinin təcrübələrdə potensial işəgötürən şəxslərlə tanış olmaq üçün çoxlu sayda imkanları vardır.
  • Biznes məktəblərin tələbələri və məzunları daim artan MBA-məzunları şəbəkəsinə giriş əldə edirlər.

Bütün bu tanışlıqlar məzunlara öz karyeralarını qurmaqda böyük rola sahibdir.

İş axtarışı prosesini asanlaşdırır:

Biznes məktəblərin məzunları nəinki daha maraqlı və prestijli vəzifə əldə edir, həmçinin onlar bu vəzifələri bir nöz zəmanətlə qazanırlar. 2015-ci ilin statistikasına əsasən, məzunların 90%-i məzun olduqları andan sonra 3 ay ərzində artıq işə sahib olurlar. Bununla yanaşı, MBA məzunlarının 4%-i şəxsi işini açmağa üstünlük verir.

Yüksək əmək haqqına zəmanət verir:

Orta hədlə MBA məzunlarının əmək haqqısı MBA təhsili almadan öncəki əmək haqqlarından 30-40% yüksək olur.

Hələ də, MBA təhsili alıb-almamaqda qərarsız qalmısınızsa yuxarıda sadalanan üstün cəhətləri hazır ki, vəziyyətiniz ilə müqayisə edin.

Son xəbərlər
Digər xəbərlər