23 C
Baku
Tuesday, April 23, 2024

MBA tələbəsi necə olmalıdır?

Biznes məktəbin tələbə auditoriyasına düşən tələbələr bir-birini tez bir zamanda tanıyırlar. Hər kəs çox müxtəlifdir və bəzi insanlar arasındakı fərqlər gözləniləndir. Bu fərqləri ayırd etməyi bacaran tələbə digərlərinin fonundan seçilməyi bacaracaq. Bəs əsl MBA tələbəsi necə olmalıdır?

Aşağıda sizə ən yaxşı keyfiyyətlərə sahib MBA tələbəsinin necə olmalı olduğunu təqdim edirik:

1.  Punktuallıq tələbələrin bütün görüşlərə və dərslərə vaxtında gəlməyini nəzərdə tutur. Təcrübə isə bunun heç də bütün tələbələrdə alınmadığını göstərir. Gedəcəyiniz yerə birinci olaraq gəlin və ən sonda tərk edin. Bu qarşı tərəfdə müsbət təəssurat yaradacaq. İstənilən halda və istənilən vəziyyətdə bu müsbət haldır.

2. Hazırlıq mütləqdir. Tələbənin dərsə, yaxud görüşə hazır olub olmadığını müəyyən etmək elə də çətin deyil. Təhsil prosesinə ciddi yanaşmaq nəticələri yaxşılaşdırmaqla yanaşı, öz gücünüzə əminliyinizi də möhkəmlədir.

3. Təşəbbüs cəzalandırılmalıdırmı? Hər zaman yox. MBA təhsiliniz zamanı fəal olun. Məsələn, konfransın keçiriləcəyi zalı və yaxud şirkəti əvvəlcədən sifariş etdirin. Mümkün olan hər bir yerdə təşəbbüsünüzü göstərin. Bununla üzərinizə diqqət çəkmiş olacaqsınız.

4. Sual və cavab verin. Harada, necə və nə sual vermək lazım olduğunu bilmək hər MBA tələbəsinə xas xüsusiyyət deyil. Əksər vəziyyətlərdə bir çox sual verilməmiş olaraq qalır. Mahiyyət üzrə düşünülmüş və doğru təşkil edilmiş suallar verən insan hər zaman hörmətə layiqdir.

5. Müsbət münasibət yoluxucudur. Əlbəttə ki, MBA proqramında bir çox mənfi cəhət tapmaq mümkündür. Məsələn, zəif mühazirələr, yaxşı təşkil edilməmiş tapşırıqlar, kurs yoldaşlarının xoşagəlməz davranışları və s. Lakin bu zaman sizin vəzifəniz istənilən vəziyyətdə müsbət cəhəti görə bilməkdir.

6. MBA çərçivəsində nəzakətlilik taktiki olaraq kolleqalarınıza və digərlərinə olan münasibətiniz ilə bağlıdır. Zamanla hər kəsə eyni dərəcədə nəzakətlə davranmaq çətinləşəcək. Lakin bu sizin digər insanlar tərəfindən müsbət qarşılanmanıza kömək edəcək.

7. Hər şeydə balans mütləqdir. Əsas olan dərslər zamanı sual verməyə və yaxud verilən suallara cavab verməyə həddindən artıq çalışmamaqdır. Belə bir davranış mənfi təəssurat yaradır.

8. Qrup həyatı və ümumilikdə MBA proqramına daxil olmaq – çətin tapşırıqdır. Bu çətin tapşırığın qarşısında da bir çox maneələr var. Hər bir halda, qrupa daxil olmuş tələbələr nümunəvi tələbələrdir.

9.  Etibarlılıq həmişə yüksək qiymətləndirilir. MBA tələbələri əsasəndə komanda daxilində üzərlərinə böyük məsuliyyət götürürlər. Digərləri ilə ortaq işləmək, yüksək nəticəyə təkbaşına nail olmaqdan asandır. Məsuliyyətlərin məntiqli şəkildə bölünməsi komandaya və sizin nüfuzunuza müsbət təsir göstərir.

10.  Digərlərinin uğurunu qəbul edin. Adətən digər insanların uğuru ətrafdakılar tərəfindən lazımınca qiymətləndirilmir. Digərlərinin uğurunu səmimi olaraq qəbul etmək sizi kolleqalarınızın fonunda irəli çəkəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər