MBNP Azərbaycanda yeni sığorta məhsulları ilə bağlı bazarın diaqnostikasını aparıb

İbrahim Alışov / FOTO: APA

“Strateji Yol Xəritələrində yeni sığorta növlərinin və mövcud sığorta növlərinin inkişaf etdirilərək tətbiqi nəzərdə tutulur”.

Bunu Maliyyə Bazarların Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı prioritet istiqamətlər müəyyən edilib:”Bu sığorta növlərinin tətbiqi ilə əlaqədar artıq dörd prioritet istiqamət müəyyən edilib. Bunlar Azərbaycan üçün yeni sığorta məhsulları olan mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortasıdır. Bu istiqamətdə Palata bazarın diaqnostikasını aparıb və ayrı-ayrı seqmentlər üzrə müvafiq addımlar atır. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortasıdır. Bu istiqamətdə biz bu yaxınlarda aqrar sığortanın geniş ictimaiyyətə təqdimatını həyata keçirmişik. Eyni zamanda, bu sığortanın qanunvericilik bazasını hazırlayaraq hökumətə təqdim etmişik. Düşünürük ki, həyata keçirilən ardıcıl tədbirlər sığorta sektorunun inkişafına təsir edəcək və bu sektorda yığımların artmasına səbəb olacaq”.