23 C
Baku
Tuesday, April 23, 2024

EKSKLÜZİV – MBNP bank sektorunda risklərin diaqnostikasını aparacaq

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Bankların daha sağlam risk idarəetməsinin təmin edilməsi” sərlövhəli 4.1 nömrəli strateji prioritetinin icrası istiqamətində Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank sektorunda risklərin idarə edilməsinin diaqnostikasının aparılması tədbiri nəzərdə tutulub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.

“2017-ci ilin sonlarında banklarla fərdi görüşlər keçirilib. Bununla yanaşı, Palata tərəfindən rüblük əsasda stress testlər aparılır. Cari ildə də stress testlərin qiymətləndirilməsi istiqamətində işlər davam etdiriləcək”, – deyə məlumatda vurğulanıb.

MBNP-dən bildirilib ki, bankların sağlamlaşdırılması 2018-ci ildə də Palatanın prioritet hədəflərindən biridir: “Eyni zamanda, Palata tərəfindən müntəzəm əsasda bank səhmdarları ilə kapitallaşma ilə bağlı görüşlər keçirilir”.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər