Məhkəmə “Başak İnam”ın ləğvinə imtina etdi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib.

MBNP-nin ərizəsinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia mümkün sayılmayıb. Bununla da, ASC-nin məcburi ləğvindən imtina edilib.

Palata qərardan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılıb və qərardad qüvvədə saxlanılıb. Növbəti dəfə MBNP-yə “yox” cavabı verilib.

Qeyd edək ki, 14 Dekabr 2017 – ci il tarixdə işə hakim Həmidov Həmidin sədrliyi ilə baxılıb.

📝 RƏY BİLDİR