18 C
Baku
Tuesday, April 23, 2024

McDonalds-ın marketinq hiylələri

McDonalds – “sürətli qidalanma restoranı”. İstifadə olunan “sürətli” sözü sifarişin tez yerinə yetirilməsi (halbuki bu kifayət qədər yüksəkdir) anlamına gəlmir. Əbəs yerə “sürətli qidalanma” ifadəsi işlədilmir. McDonalds – burada minimum vaxt keçirməniz üçün yaradılıb – ziyarətçilərin yola salınması üzrə məşhur konveyer sistemi. Bundan əlavə, istifadə olunan yüzlərlə hiylə və fəndlər mövcuddur. Onlardan ən maraqlıları bunlardır: konveyer qanunundan çıxış edərək zalın dizaynı və toponomikası hazırlanır.

McDonalds-da sizin rahat şəkildə yeyə və tamamilə rahatlana biləcəyiniz yer demək olar ki, yoxdur. Əksinə, stollar elə yerləşdirilir ki, siz həmişə digər insanların nəzərlərini öz üzərində hiss edirsiniz. Onlar həmişə sizin arxanızda gəzəcək, əlləri ilə ilişəcək, yanınızdan keçərkən məcməyidəki içkinin üstünüzə tökülmə qorxusu olacaq. Nəticədə, siz şüuraltı olaraq sürətlənəcək və öz “Happy meal”-inizi iki dəfə daha tez yeyəcəksiniz.

Əksər McDonalds məntəqələrində sərt mebeldən istifadə olunur, bir çox Avropa restoranlarında isə yalnız hündür bar stolları olan məkanlar mövcuddur.

Zallarda templi, enerjili musiqi səslənir – o, müştəriləri daha sürətlə yeməyə və yerlərini digərlərinə dövr etməyə tələsdirir. Hər bir kassirinin “dedlayn” vaxtı var – bir ziyarətçinin sifarişi üçün 60 saniyə vaxt ayrılır.

Amerikan restoranlar şəbəkəsinin birində ziyarətçilərin qidalanmaq üçün yarım saat vaxtı var – vaxt bitdikdən sonra mühafizəçi sizi tələsdirə bilər.

Bir çox gənclər McDonalds-ı yalnız pulsuz limitsiz internet üçün ziyarət edirlər. Restoranlara noutbuklu tələbələrin axın etməsinin qarşısını almaq üçün zallarda bütün rozetkalar söndürülür.

Satıcılara müştərilərlə ünsiyyətdə “yox” sözündən istifadə etmək qadağan edilib – yalnız “bəli, bəli” ifadələri istifadə oluna bilər, bu isə həmin Marketinq qanununun bir hissəsidir. Bütün bu ifadələr əzbərlənib və inkar xarakteri daşımır.

Əgər ziyarətçi sifariş edərkən porsiyanı qeyd etmirsə, onda ona uyğun olaraq ən böyüyünü gətirirlər. ABŞ korporativ qanunlarına görə işə elə də gözəl olmayan qızları götürmək lazımdır. Xüsusi layihələşdirilmiş formada onlar bir o qədər də cəlbedici görünməməli və bir-birinə oxşamalıdırlar – bu, güclü “ailə restoranı” trendi yaratmağa imkan verir.

Qadınlar McDonalds-a ərləri ilə gəlməyə çəkinmirlər – çünki kişilər gözəl ofisiant qızlara boylanmayacaq. Restoran işçilərinin kosmetikadan istifadə etməsi də qadağan edilib.McDonalds-ın əsas gəliri içkilərdəndir. Burada içkilərin qiyməti digər yerlərlə müqayisədə çox bahadır, məsələn, McDonalds-da qəhvə Starbucks–dan bahadır.

Restoran əməkdaşları daimi olaraq əllərində lif süpürgə təmizliklə məşğul olurlar. Şəbəkənin marketoloqları aşkar etmişlər ki, əlində lif süpürgə və əski olan insan nəinki xoşagəlməz təəssürat oyatmır, əksinə təmizlik və keyfiyyət hissi bəxş edir.

Monoton əmək fəaliyyəti nəticəsində yarana biləcək səhvləri aradan qaldırmaq üçün mətbəxdə çalışan işçilər daimi olaraq dəyişir. Kassada çalışan işçilər ziyarətçilərə əlavə olaraq “nələrsə” – salat, içki, dondurma təqdim etməyə məcburdur. Bir qayda olaraq, təqdim olunan həmin “nələrsə” son istifadə vaxtı yaxınlaşan məhsullar olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər