26 C
Baku
Friday, April 19, 2024

“McKinsey”: Yaxın 3 ildə neft qiymətləri 60-70 dollar/barel olacaq

Yaxın 3 il ərzində dünya bazarında neftin qiyməti 60-70 dollar/barel diapazonundan çıxmayacaq. “Forexpf.ru” saytı xəbər verir ki, bu proqnoz “McKinsey” konsaltinq şirkətinin “McKinsey Energy İnsights” (MEI) energetika sektoru üzrə ekspert bölməsi tərəfindən hazırlanan neft bazarında tələb və təklif perspektivləri hesabatında verilib. Hesabatda qeyd olunub ki, baza proqnoza görə, neftin qiyməti 2030-cu ilə qədər isə 65-75 dollar/barel diapazonuna keçəcək. Həmçinin bildirilir ki, neft hasil edən ölkələrin hasilatı azaltması yaxın aylarda neft bazarına tarazlıq gətirəcək.

MEI-ya görə, ABŞ şist neft hasilatını artırmağa davam edəcək. Bununla yanaşı investisiyaların azalması ABŞ-da bu günədək istismara verilən quyularda hasilatın aşağı düşməsinə səbəb olacaq. Bu da öz növbəsində neft bazarında təklifi azaldacaq.

Hesabata əsasən, neft qiymətlərinin daha da artmasına mane olan amil qlobal ÜDM-in artım sürətinin yavaşlaması olacaq. Belə ki, proqnozlara görə, qlobal ÜDM artımının 2,5-2,7%-ə qədər azalması gözlənilir.

MEI həmçinin hesabatında qeyd edib ki, ABŞ-da yeni istismara verilən quyularda modern texnologiyalardan istifadə edilməsi hasilatın maya dəyərini daha 15-20% azaldacaq. Nəticədə, ABŞ və OPEC neft hasilatını artırmağa davam edəcək. Proqnozlar onu göstərir ki, 2030-cu ilə qədər neft sektoru tələbi təmin etmək üçün hasilatı gündəlik 35 mln. barel artırmalıdır. Bu da yaxın 5 ildə sektora 1,6 trln. dollar vəsaitin qoyulmasını zəruri edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər