25 C
Baku
Saturday, April 20, 2024

MDB ölkələrinin bank sistemlərinə həsr olunmuş toplu çapdan çıxıb

MDB-nin Maliyyə-Bank Şurası tərəfindən “İnterfax” beynəlxalq informasiya holdinqi və MDB-nin Beynəlxalq Statistika Komitəsi ilə birgə nəşr etdiyi “MDB ölkələri bankları. 2016-cı ilin yekunları” analitik toplusu çapdan çıxıb.

“Report” xəbər verir ki, statistik topluya 9 ölkənin – Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Moldova, Ermənistan və Qırğızıstanın bankları haqqında məlumatlar daxil edilib.

Topluda bu dövlətlərin milli və mərkəzi banklarının, iqtisadi informasiya agentliklərinin, banklarının saytlarında dərc olunmuş məlumatlardan istifadə edilib.

“MDB ölkələri bankları. 2016-ıc ilin yekunları” analitik toplusunda bankların fəaliyyətlərinin əsas həcm göstəriciləri və onların dinamikası faizlərlə öz əksini tapıb.

Kolleksiya 10 ildən çox müddətdə illik olaraq nəşr olunur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər