Mediamızda ən çox adı hallanan bank və sığorta şirkətləri

Azərbaycan mediasında dekabr ayı ərzində ən çox adı çəkilən maliyyə quumlarının adı açıqlanıb.

Banker.az Media Consulting and Services-ə istinadən xəbər verir ki, ümumilikdə,  27890 ədəd bank, 1443 ədəd isə Sığorta şirkətlərinin ad hallanan yazı qeydə alınıb.

Bank

Reytinq belədir

  1. ABB -1753
  2. Dəmir Bank -1444
  3. Kapital Bank – 969

Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə  daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında  25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq “Dəmir Bank”ın adının kəskin hallanmasını qeyd edə bilərik. “Dəmir Bank” haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi  ətrafında cərəyan edir.  Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

Sığorta şirkətləri

Reytinq belədir:

  1. Azərsığorta – 136
  2. Paşa sığorta -121
  3. Azsığorta – 115

İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında  1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında  avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək.  Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.

📝 RƏY BİLDİR