22 C
Baku
Friday, April 19, 2024

Meksikanın yeni prezidenti öz maaşını iki dəfə azaldıb

Lopes Obrador həmçinin korrupsiyaya qarşı mübarizə məqsədi ilə təşəbbüslər siyahısını təqdib edib.

Meksikanın yeni seçilmiş prezidenti Andres Manuyel Lopes Obrador açılış mərasimindən  sonra aylıq 5.7 min dollar maaş alacağını bildirdi. Müxbirin verdiyi məlumata əsasən, bu barədə o, yerli telekanalların birində bildirib.

Gələcək dövlət başcısı bildirib ki, o prezident vəzifəsində 108 min peso (5.7 min dollar) alacaq, bu isə indiki prezident Penya Nyetonun aldığı maaşdan 40% aşağıdı. Hal-hazırki prezident Enrike Penya Nyetonun sözlərinə görə o, aylıq 270 min peso (14.2 min dollar) maaş alır.

Bununla yanaşı Obrador heç bir məmurun ondan çox qazanmıyacağına söz verdi.  Lopes Obrador həmçinin korrupsiyaya qarşı mübarizə və dövlət aparatının saxlanılması üçün xərclərin azaldılmasına yönəldilmiş təşəbbüslər siyahısını təqdim edib. Onların çoxu əvvəlcədən məlum idi. Xüsusilə siyasətçi, konstitusiyanı dəyişmək niyyətindədir, belə ki mövcud dövlət başcısını korrupsiyaya və qanunvericiliyin pozulmasına görə məhkəməyə vermək imkanı yaradacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər