24 C
Baku
Friday, April 26, 2024

“Menecer xəstəliyi” nədir?

“Menecer xəstəliyi” yaxud həkimlərin xroniki yorğunluq sindromu bu günkü günümüzdə öz miqyaslarını genişləndirməkdədir. Bu problemin kökü heç də insanın fiziologiyasında və yaxud hər hansı virusda deyil, insanın psixologiyasındadır. Gündəlik 8 saatlıq ofis işinə sahib insanlar artıq bir neçə ildən sonra tam olaraq bu emosional çökmə sindromuna meyilli olurlar. Bunun da nəticəsi olaraq xroniki yorğunluq yaranır.

Bəs bu “menecer xəstəliyi” özündə nəyi təcəssüm etdirir? Sadə dillə desək, bu xəstəliyə düçar olmuş insan hətta ən sadə tapşırıqların belə yerinə yetirilməsi üçün böyük zəhmət çəkməli olur. Əvvəllər isə o bu tapşırıqların öhdəsindən çox asanlıqla gəlirdi. İlk mərhələdə bu sindrom yalnış iş fəaliyyətinə təsir etsə də, sonradan şəxsi həyata da təsir etməyə başlayır. Belə insanlarda müxtəlif nevroz və depressiya müşahidə edilir.

Xroniki yorğunluq sindromunun yaranması nə ilə əlaqədardır? İlk növbədə bu hər birimizin işdə qarşılaşdığı çoxsaylı stresslərlə bağlıdır. Bu ilk başda işi itirmək qorxusu və həmçinin kollektivlə yaranan anlaşılmazlıqlardır. Bütün bunlar mütəmadi olaraq narahatlığın və insanın daxili gərginliyinin yaranmasına səbəb olur. Bu narahatlıq bütün iş günündə insanı müşayiət edir və onunla birgə evə yollanır.

 “Menecer xəstəliyi” sindromundan xilas olmağın yeganə yolu sağlam kollektivdə işləməkdir. Həmçinin elə insanlar var ki, onlaırn bir növ bu sindroma qarşı immuniteti var. Bunlar kollektivdə baş verənlərə ilişib qalmayan və sadəcə öz işini görən insanlardır. Bir çoxlarını maraqlandıran isə bu problemin həllinin olub-olmamasıdır. Hazırda psixoloqların əksəriyyəti ən yaxşı dərman vasitəsi kimi antidepressantların müxtəlif növlərindən istifadə edir. Antidepressantlar isə xəstəliyi bütünlüklə deyil, bəzi sindromları aradan qaldırır.

Öz psixikanızı isə bütünlüklə sağaltmaq üçün işinizi tərk etməlisiniz. Bundan əlavə xəstəliyin nəticələrini yumşaltmaq üçün tez-tez istirahət etmək lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər