26 C
Baku
Friday, April 19, 2024

Menecerin hansı davranışları əməkdaşları motivasiya edir?

Heç kimə sirr deyil ki, şirkətin rəhbərindən və onun davranışından çox şey asılıdır. Banker.az saytı The Huffington Post-a sitat gətirərək bildirir ki, menecerin öz əməkdaşlarını düzgün şəkildə necə motivasiya etməyi bacarmasından isə daha çox şey asılıdır.

Statistikaya əsasən, şirkət əməkdaşlarının təqribən 70%-ni özünü işə kifayət qədər köklənməmiş və demotivə olunmuş hiss edir. Araşdırmaya görə, düzgün şəkildə motivə edilmiş əməkdaşların 31%-i işləmək həvəsi olmayan əməkdaşlardan daha effektiv çalışırlar. Bundan əlavə, motivasiya mütəxəssislərin işdən istefa vermək hallarına da əhəmiyyətli dərəcədə təsir edir. Belə ki, kollektiv və rəhbərliyə özünü yararlı hiss edən əməkdaşlar 87% nadir hallarda istefa verir.

Bu səbəbdən də rəhbər şəxs əməkdaşlarını düzgün şəkildə necə motivasiya etməli olduğunu bilməlidir. Əgər bunu necə etməli olduğunuzu bilmirsinizsə bu məqsədə nail olmaq üçün etməli və etməməli olduğunuz cəhətlər ilə tanış olaq:

İlk növbədə motivasiya haqqında təsəvvürlərinizi nəzərdən keçirin və onun aşağıdakı yanlış addımlardan ibarət olmadığına əmin olun.

Çox sayda axmaq qaydalar:

Əlbəttə, şirkət özünəməxsus qaydalara sahib olmalı və onlara riayət etməlidir. Bununla belə, bu qaydaları həddindən artıq qəlizləşdirməyə ehtiyac yoxdur. Hətta bir-iki lazımsız məhdudiyyət əməkdaşları özündən çıxara bilər.

Nailiyyətləri göz ardına vurmaq:

Təriflənməyi hər kəs verir. Bu səbəbdən də, rəhbər olaraq əməkdaşlarınızın hətta kiçik nailiyyətlərini belə qeyd edin. Bununla kollektivdə münasibətləri yoluna qoya və əməkdaşlara özlərini lazımi hiss etdirə bilərsiniz.

 

Hər kəsə qarşı eyni cür yanaşmaq:

Tabeliyinizdə olan hər bir əməkdaş özünə qarşı xüsusi yanaşma tərzinə layiqdir. Hər kəslə eyni cür davranmaq və yüksək nəticələr gözləmək lazım deyil. Hər bir əməkdaşın açar mövqeli xüsusiyyətini təyin edin və onlara uyğun davranış tərzi sərgiləyin. Bununla onları daha məhsuldar işə yönləndirmiş olarsınız.

 

Aşağı dərəcəli effektivlik:

Sizin tapşırığınız bütün əməkdaşların iş yükünün təqribi olaraq eyni olmasına və onların eyni məhsuldarlıq dərəcəsi nümayiş etdirməsinə nəzarət etməkdir. Komandada “zəiflər”-in olması effektivlik dərəcəsini və hətta ən bacarıqlı mütəəssislərin motivasiya səviyyəsini endirir.

Öhdəliklərin yerinə yetirilməməsi:

İnanın, insanlar onlara nə vəd etdiyinizi yaxşı atırlayırlar. Buna görə də, hər hansı bir öhdəliyə boyun olarkən onu mütləq olaraq həyata keçirməyi unutmayın. Bu sizin kollektivdə olan avtoritetinizi möhkəmləndirəcək. Bundan əlavə, sözünün üstündə dayanmayan rəhbəri hansı əməkdaş dinləyər?

Kollektivdə münasibətin olmaması:

İstənilən iş prosesi şəxsi münasibətlər üzərində qurulur və menecer bu faktı hər zaman xatırlamalıdır. Əməkdaşlarınızın həyatı, uğurları və narahatlıqları ilə maraqlanın. Rəhbər şəxsin əməkdaşın həyatında baş verənlərə biganə qalması fonunda kollektivdə iş qeyri-effektivliyə doğru gedəcək.

Etməli olduğunuz “qızıl qaydalar”

Qarşılıqlı münasibətlər üzrə “qızıl qayda”-ya görə, insanlara onların sizə davranmasını istədiyiniz kimi davranın. İkinci qayda isə belədir ki, onlara onlar istədiyi kimi davranın. Yaxşı menecerlər digər insanları anlamağı bacarır və onların nəyə can atdıqlarını düzgün şəkildə təyin edə bilir.

Hər şeydən öncə güc:

İnsanların rəhbər şəxsin ardınca getməsini təmin etmək üçün ilk növbədə rəhbər şəxs güclü olmalıdır. Yalnızca güc və sərtliyi bir-biri ilə səhv salmayın. Güc – insanları özünə cəlb etdiyi bir halda, sərtlik insanları sizdən uzaqlaşdırır.

Dinləməyi bacarın:

Rəhbər şəxsin əsas xüsusiyyətlərindən biri onun dinləməyi bacarmağıdır. Siz nəinki ünsiyyətə açıq olmalı, həmçinin sizə yönəldilən fikirləri diqqətlə dinləməyi bacarmalısınız.

Nümunə götürüləsi şəxs:

Boss öz əməkdaşları üçün – tabe şəxsdən rəhbər olmağa doğru yol qət etmiş ideal əməkdaş obrazıdır. Özünü təkmilləşdirməyə mütəmadi olaraq davam edin. Unutmayın ki, əməkdaşlarınız sizdən nümunə götürür.

Qəlizləşdirməyin:

Sizin davranış taktika və strategiyanız aydın olmalıdır. Əməkdaşlarınızı məhz olaraq nə demək istədiyiniz barədə uzun müddət düşünməyə vadar etməyin.

Təkəbbürə yox deyin:

Rəhbər şəxsin təkəbbürlüyü qədər əməkdaşların motivasiyasını məhv edən başqa bir şey yoxdur. Ciddiyyətə önəm verin. Lakin ifrata varmadan. Bu şəkildə qarşılıqlı anlaşmaya nail ola bilərsiniz.

Work-life balance:

Əməkdaşlarınızı əldən düşənə qədər işləməyə vadar etməyin və onlara istirahət etməyə imkan verin. Bundan əlavə, onların işdə həddindən artıq çox zaman keçirməmələrinə nəzarət edin. Həftə ərzində iş yerində keçirilən 50 saat effektivliyi artırmır, əksinə onu məhv edir.

 

Son xəbərlər
Digər xəbərlər