14 C
Baku
Thursday, April 25, 2024

Menecerin işgüzar günü nələrdən ibarətdir?

Əksəriyyətimizin yaşadığı həyat ritmini çətin ki, sakit və ahəstə adlandırmaq olar. Vaxt çatışmazlığı bu gün elə bir problemə çevrilib ki, onun öhdəsindən gəlməyi çox az adam bacarır. Daima “bilmirəm, hansı işdən başlayım” əhval-ruhiyyəsində və təlaş vəziyyətində olmaq, çətin ki, şəxsi inkişafa və məhsuldarlığa nail olmaq istəyən insanlara müsbət yöndən təsir etsin. 

Emosional gərginlik insandakı yaradıcılığı və məhsuldarlığı blok edir, insanların olduqca sürətlə taqətdən düşməsinə və apatiyaya gətirib çıxarır.

Ona görə də stressin və ya daha betər, xronoloji yorğunluğun qurbanı olmamaq üçün zamanın idarəetməsi və taym-menecmentlə məşğul olmaq gərəkdir.

Unutmayın ki, adi insan zamanı necə keçirəcəyini düşünür, müdrik insan isə zamandan necə istifadə edəcəyini.

Özünüzü təqvimlə aldatmayın, il ərzindəki günlərin sayı sizin həmin günlərdən istifadə qabiliyyətinizə bərabərdir. Ona görə bəzi insanlar üçün ildə 7, digərləri üçün isə ildə 365 gün ola bilər.

Bütün uğurlu insanlar olduqca məhsuldardır. Onlar çox işləyir və çox işi gerçəkləşdirməyə müvəffəq olur. Çox işləmək və hər şeyi etməyi çatdırmaq isə eyni şey deyil. Məhsuldarlıq deyəndə ilk növbədə proses deyil, nəticə nəzərdə tutulur. Əgər siz öz məhsuldarlığınızı artırmaq niyyətindəsinizsə, onda bunu etməkdə qətiyyətli olun. İnsanlar öz vaxtını ona görə boşa sərf edir ki, onlar hələ də öz məhsuldarlığını artırmağa qəti qərar verməyiblər.

Şəxsi effektivliyin əsas sirri vaxtın düzgün bölüşdürlüməsində gizlənir. Taym-menecment sizə öz karyera və ya biznesinizin əsiri aqibətinə düçar olmaqdan xilas edir.

66764 550592374977279 2055959314 n%20 %20Copy

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər