13 C
Baku
Thursday, April 18, 2024

Menecment: Personalın qeyri-standart qiymətləndirilməsi

Kollektivi uğurlu şəkildə idarə etmək üçün onun hər bir fərdini ayrı-ayrılıqda tanımaq mütləqdir. Bu məqsəd üçün isə rəhbər şəxsin yalnız öz təcrübəsinə etibar etməsi kifayət etmir. Artıq uzun müddətdir ki, dünya təcrübəsində əməkdaşların və kollektivin qiymətləndirilməsi üçün xüsusi üsullar mövcuddur. Bir faktı qeyd etmək lazımdır ki, bu qiymətləndirmə zamanı konkret əməkdaşın xarakteristika və bacarıqları əsas götürülür, onun əməyinin şərt və keyfiyyətləri deyil. Bu üsullardan düzgün şəkildə istifadə etmək üçün isə rəhbər şəxslər onlar üçün nəzərdə tutulmuş xüsusi kurslardan keçməlidir.

Beləliklə, əməkdaşların standart qiymətləndirilməsinə anketləşdirmə, cütlüklərlə müqayisə, test aiddir. Bu üsulların müxtəlifliyinə baxmayaraq, bunların hamısı kifayət qədər ənənəvidir və zamanla demək olar ki, heç bir dəyişikliyə məruz qalmır. Lakin istənilən nəticənin əldə edilməsi üçün qeyd edilən bu üsullar kifayət etmir. Bu səbəbdən də psixoloqlar bu üsulları qeyri-adi metodikalar ilə əvəzləməyi və yaxud standart üsullar ilə yanaşı birlikdə istifadə etməyi məsləhət görür. Pixoloqların təklis etdiyi bu yeni üsulların bəziləri isə kifayət qədər mübahisəli olsa da, kifayət qədər effektiv nəticə əldə etməyə imkan verir.

Məsələn, personalın qeyri-standart qiymətləndirilməsinə qrafologiyanı – insanın xarakterini onun imzasına görə təyin etməyi aid etmək olar. Ola bilsin, bəziləri üçün bu fırıldaqçılıq təsiri bağışlasa da, psixoloqlar bu üsulun köməkliyi ilə potensial əməkdaş və yaxud şirkətin cari işçisi haqqında müəyyən və əhəmiyyətli məlumatlar əldə etmək mümkündür. Belə ki, böyük hərflərlə yazan insanlar ünsiyyətcildirlər. Hərflər arasında böyük məsafə qoyan insanlar isə spontan xarakterlidir. Əlbəttə, imza əsasında əməkdaş haqqında əldə edilən iddialar bir neçə digər üsullar vasitəsilə mütləq olaraq yoxlanılmalı və təsdiq edilməlidir.

Skeptiklər əməkdaşların təhlil edilməsinin fizioqnomika və yaxud numerologiya kimi üsullarını sevmirlər. Fizioqnomika insanların xarici görünüşlərinə əsasən xarakteri haqqında məlumatlar əldə edir. Şerlok Holms belə hesab edirdi ki, cinayətkarlar xüsusi üz cizgiləri ilə seçilirlər. Bu iddialar kriminalistlər tərəfindən də təsdiq edilmişdir.

Numerologiya elmi isə müəyyən mənada astrologiya ilə əlaqəlidir və insanların doğum tarixinə uyğun olaraq onların xarakter xəritəsini tərtib edir. Bu elmə əsasən, hər bir rəqəm kainatın bu və ya digər bir gücü ilə əlaqəlidir.

Bütün bu qeyri-standart üsullar bir çoxlarına bəsit və yaxud uydurma təsiri bağışlasa da, onların vasitəsilə kifayət qədər effektiv nəticələrə nail olmaq mümkündür. Belə ki, yaşadığımız dövr mütəmadi olaraq müəyyən dəyişikliklər tələb edir və bir çox hallarda inkişaf və təkmilləşmə üçün yeni üsullardan istifadə qaçınılmazdır.

Son xəbərlər
Digər xəbərlər