14 C
Baku
Thursday, April 25, 2024

“Meqa Sığorta” Mərkəzi Bankın nağd pulun sığortalanması üzrə tenderinin qalibi olub

Azərbaycan Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin sığorta xidmətləri üçün iyunun 8-də elan etdiyi tenderdə qalibiyyət uğrunda bir çox aparıcı sığorta şirkətləri müxtəlif təkliflərlə çıxış ediblər. İştirakçılardan biri olan “Meqa Sığorta” ASC-nin təklifi digərlərindən fərqlənərək şirkətin qalib olmasını təmin edib.

“Meqa Sığorta” ASC-dən AZƏRTAC-a bildiriblər ki, şirkət Azərbaycan Mərkəzi Bankının nağd pulun sığortalanması üzrə açıq tenderinin qalibi elan olunub.

Qeyd edək ki, “Meqa Sığorta” ASC müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər