15 C
Baku
Friday, March 29, 2024

Metalların xəstəlikləri

Dəmir pas bağlayanda, yəni korroziyaya uğrayanda, bunu haradasa xəstəlik adlandırmaq olar. Bir çox metallar, həmçinin dəmir də korroziyadan əziyyət çəkirlər.

Lakin metalların xəstəlikləri bununla kifayətlənmir. Metalların ən məşhur xəstəlikləri «qalay taun» adlanır. Bu xəstəlik bəşəriyyətə uzun zamandır ki, məlumdur. Hələ 1812-ci ildə Napaleonun ordusunun əsgərləri bu xəstəlik ilə qarşılaşmışdılar. Onların hərbi geyimlərinin düymələri qalaydan olduğu üçün soyuqda bu xəstəliyə tutularaq toza çevrilirdi.

Rəsmi olaraq «qalay taun» xəstəliyinin  mövcudluğunu 1868-ci ildə qəbul etmişdilər. Bu hərbi anbarların təftiş zamanı revizorların qalaydan olan qəfədanların əvəzinə boz toz tapmaları nəticəsində baş vermişdi.

Daha sonra tədqiqatlar nəticəsində məlum olmuşdu ki, aşağı temperaturlarda ağ qalay toz olur.

Bununla yanaşı bu xəstəlik «yolxucudur». Ünsiyyət zamanı bu xəstəlik bir metaldan digərlərinə keçir.

Həmçinin metallara digər xəstəliklər də məxsusdur. Məsələn, «infeksiyon xəstəlik». Bu xəstəlik zamanı mis külçələrinin üzərində tünd ləkələr əmələ gəlir. Xəstəliyin yaranma səbəbi yalnış istehal texnologiyasıdır.

Qızıl da «xəstələnə» bilər! Qızılın civədə həll olunması- qızılın alınma prosessinin əsas hissəsidir. Əgər bu prosess zamanı qızılın zərrəcikləri dəmirin oksidlərini qatı ilə örtülürsə, qızılın və civənin kontaktı pozulur və qızılı əldə etmək mümkün olmur.

Son xəbərlər
Digər xəbərlər