Michael Jackson il ərzində 75 milyon dollar qazanıb

Banker.az xəbər verir ki, Michael Jackson Forbes nəşrinin versiyasına görə dünyasını dəyişmiş ən çox gəlir əldə edən məşhurların siyahısına başçılıq edir. İl ərzində pop musiqinin kralının mirası ona 75 milyon dollar “qazandırıb”.

2009-cu ildə dünyasını dəyişmiş Michael Jackson artıq beşinci dəfədir ki, ənənəvi olaraq Helloween ərəfəsində təşkil edilən reytinqə başçılıq edir.

Bu il ikinci pillənin sahibi 40 milyon dollar ilə qolf idmançısı Arnold Palmer olub. Üçüncü pillədə isə personajlarından istifadə edilməsinə görə müəllif hüquqlarından 38 milyon dollar “qazanan” karikaturaçı Charles Schulz qərarlaşıb.

Rock and roll kralı Elvis Presley isə dördüncü pillədə yer alıb. Onun gəlirləri 35 milyon dollar olaraq qiymətləndirilib.