5 C
Baku
Friday, March 29, 2024

Microsoft həmişəlik olaraq Windows Phone-la vidalaşır

Windows Insider proqramının baş meneceri Brendon Leblan şirkətin Windows 10 Mobile sisteminin sınaq versiyalarını buraxmağı planlaşdırmadığını bildirib. Banker.az xəbər verir ki, bu isə o deməkdir ki, əməliyyat sistemi yenilənməyəcək.

Windows 10 Creators Update buraxıldıqdan sonra developperlər bazarda sahib olduqları kiçik pay və müstəqil devellopperlər tərəfindən dəstəyin olmaması səbəbindən Windows 10 əməliyyat sistemli yeni cihazların buraxılışının dayandırılması barədə məlumat vermişdilər. Lakin sistemin sınaq əlavələrini buraxmağa davam edilirdi. Sistemin sonuncu versiyası 2018-ci ilin 5 yanvarında çıxdı.

Windows 10 Mobile-ın son versiyasının dəstəklənməsi 10 dekabr 2019-cu ildə başa çatacaq. Müvafiq olaraq, developperlər düzəlişləri buraxmağa davam edəcək. Lakin proqramın özü inkişaf etdirilməyəcək.

Qeyd edək ki, Microsoft şirkəti 2016-cı ilin may ayında mobil bölmənin 1,8 mindən çox əməkdaşını ixtisar etmək niyyətində olduğunu vurğulamışdı. Şirkət bununla yanaşı, Lumia smartfonlarının buraxılışını da dayandırdı və Surface brendi adı altında yeni məhsul xəttinə diqətini yönəltdi.

Son xəbərlər
Digər xəbərlər